“Təkfirçi və Ekstremist Cərəyanlar” Ümumdünya Konqresin Xəbərləri 11

Yəmən şafeilərinin müftisi: Müsəlmanlar bir-birilərini təkfir etməkdən çəkinməlidirlər

“İslam ölkələrinin sərvətləri təkfirçi cərəyanlara təzriq edilməkdən isə, xalqın ixtiyarında qoyulmalıdır”.

  • News Code : 654069
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Şeyx Süheyl deyib: “Quran Kərim ayələri Müsəlmanları digər səmavi dinlərin ardıcılları ilə sülhamiz həyat tərzi sürməyə dəvət edir. Deməli belə olan təqdirdə Müsəlmanların bir-biriləri ilə, dinc həyat tərzi sürmələri və bir-birini təkfir etməkdən çəkinmələri daha da vacibdir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Müqəddəs Qum şəhərində, İmam Musai Kazım (əleyhi səlam) adına Elmi Hövzəsində, Ayətullah Cəfər Sübhani və Məkarim Şirazi həzrətləri tərəfindən keçirilən “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimləri Baxışında” ümumdünya konqresində çıxış edən Yəmən Şafei məzhəbinin Müftisi Şeyx Süheyl İbrahim Qurani Kərimə istinad edərək bütün Müsəlmanları bir-biriləri ilə sülhamiz həyat tərzi sürməyə dəvət edib.

Şeyx Süheyl deyib: “Quran Kərim ayələri Müsəlmanları digər səmavi dinlərin ardıcılları ilə sülhamiz həyat tərzi sürməyə dəvət edir. Deməli belə olan təqdirdə Müsəlmanların bir-biriləri ilə, dinc həyat tərzi sürmələri və bir-birini təkfir etməkdən çəkinmələri daha da vacibdir”.

O, İslam ölkələrinin ekstrimist cəryanlara yardım etməkdən çəkinməklərinin zəruriyyətliyini vurğulayaraq bildirib: “İslam ölkələrinin (xüsusi ilə də Səudiyyə Ərəbistanın) sərvətləri təkfirçi cərəyanlara təzriq edilməkdən isə, xalqın ixtiyarında qoyulmalıdır”.

Şafei məzhəbinin Müftisi daha sonra medianın roluna işarə edərək deyib: “İslam ölkələrində fəaliyyət göstərən təfriqəçi mediaların qarşısı alınmalı, təkfirçilərin cinayətləri isə, geniş sürətdə təbliğ olunmalıdır”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky