“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 8

Allahşükür Paşazadə “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresində - Foto

Şeyxülislam İİR-a ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimləri ilə görüş keçirib.

  • News Code : 653647
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Tədbir çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Ayətullah Məkarim Şirazi ilə də görüşüb. QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 23 Noyabr, 2014 tarixdə, İran İslam Respublikasının təşkilatçılığı ilə, Müqəddəs Qum şəhərində keçirilən “Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimlərinin Baxışında” adlı Ümumdünya Konqresi öz işinə başlayıb.

İslam Dünyasının tanınmış Təqlid Mərcəsi Ayətullah əl-üzma Nasir Məkarim Şirazi və Ayətullah Cəfər Sübhaninin dəvəti ilə gerçəkləşən səfərdə məqsəd noyabrın 23-24-də İran İslam Respublikasının Qum şəhərində “Ekstremist və Təkfirçi Cərəyanlar İslam Alimlərinin Baxışında” mövzusunda keçirilən Beynəlxalq konfransda iştirak etməkdir.

Şeyxülislam İİR-a ikigünlük səfəri çərçivəsində dünyaşöhrətli İslam alimi, İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri Ayətüllah əl-üzma Seyyid Əli Sistaninin xüsusi nümayındəsi Ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb.

Tədbir çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Ayətullah Məkarim Şirazi ilə də görüşüb. QMİ sədri tədbirin təşkilatçısına səmimi qəbula görə öz minnətdarlığını bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky