“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 7

Şeyx “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresində sələfilərə təpindi

"“Allahu əkbər!” nidası ilə Müsəlmanların başı kəsilir, qoca və qadınlara rəhm olunmur"

  • News Code : 653643
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Allahşükür Paşazadə: "Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə Müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Müqəddəs Qum şəhərində Ayətullah Məkarim Şirazi və Cəfər Subhani cənablarının təşkilatçılığı ilə keçirilən “Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresində məruzə ilə çıxış edib.

Allahşükür Paşazadə bildirib: "Müasir dünyamızda “Allahu əkbər!” nidası ilə Müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”.

Qafqaz Müsəlmanlar İdarəsinin Sədri qeyd edib ki, Müsəlman və qeyri-Müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilir:

"Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky