“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 5

Cavadi Amoli: “Çalışın ki, “ekstremist cərəyanlar”la bağlı keçirilən konqresə 83 ölkədən gələn qonaqlar əlidolu geri dönsünlər”

Qədimdə deyilərdi “elm Çində olsa da gedin öyrən”, indi isə, Şərq və Qərb deyir ki, “elm öyrənmək üçün Quma gedin”.

  • News Code : 653456
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bütün Təqlid Mərcələri, məsul şəxslər, Qum Elmi Hövzəsi, universitetlər əl-ələ verərək 83 ölkədən qonaqlarının gəlişini səhmana salıblar. Siz isə, ehtiyatda saxladığınız dərin Tovhidi bəhsləri onlara ötürməlisiniz. Əgər iclasda iştirak etmək zərurət yaradırsa, gedin iştirak edin, məqalə vermək lazımdırsa, məqalələrinizi təqdim edin... Şübhələrə cavab verin. Ona görə ki, bizim Quran və rivayətlər kimi geniş İlahi potensiallarımız mövcuddur. Və kifayət qədər onlara cavab vermək iqtidarındayıq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, böyük Əxlaq ustadı, Təqlid Mərcəsi və Müfəssir bu gün, Məscidi Əzəmdə verdiyi təfsir dərsində Qumda keçirilən “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqres barəsində danışıb.

Ayətullah Cavadi Amoli bildirib: “Mərhum İmam Xomeyninin (r) bərəkəti, Şəhidlərimizin pak qanları, Təqlid Mərcələri və Vəliyyi Fəqihin dəstəyi ilə, Qum Elmi Hövzəsində ən böyük bir konfrans keçirilir. Buna görə də, hamı çalışmalıdır ki, böyük himmət göstərməklə dialoq və müsahibələr apararaq, konfransa gələn qonaqları ölkəmizdən əlidolu yola salsınlar”.

Ali Təqlid Mərcəsi bildirib: “Qonaqlar 83 ölkədən təşrif gətiriblər ki, bu miqdarda qonağı ölkəyə dəvət etmək asan bir məsələ deyil. Bütün Təqlid Mərcələri, məsul şəxslər, Qum Elmi Hövzəsi, universitetlər əl-ələ verərək qonaqların gəlişini səhmana salıblar. Siz isə, ehtiyatda saxladığınız dərin Tovhidi bəhsləri onlara ötürməlisiniz. Əgər iclasda iştirak etmək zərurət yaradırsa, gedin iştirak edin, məqalə vermək lazımdırsa, məqalələrinizi təqdim edin”.

Müasir dövranımızın böyük təfsir ustadı daha sonra bildirib: “Əgər gec tərpənsək, Məkkə və Mədinə şəhərlərində Məsum imamların və şəxsiyyətlərin müqəddəs qəbirlərinin dağıdılması kimi ikinci faciə ilə, üzləşməli olacayıq”.

Əxlaq ustadı bildirib: “Qədimdə deyilərdi ki, “elm Çində olsa da gedin öyrən”, amma indi isə, Şərq və Qərb deyir ki, “elm öyrənmək üçün İİR və Quma mühacirət edin”. Hazırda 70-dən çox milliyət Quma gəlib dini təhsil alır, tələbə olur, İmam Xomeyninin (r), İmam Xameneinin, İnqilabın və Əhli Beyt (ə) Maarifinin sədasını dünyanın digər nötqələrinə çatdırırlar”.

Qum Elmi Hövzənin ustadı bir daha vurğulayıb: “İndi yaxşı fürsətdir ki, siz alicənablıq göstərib, gələn qonaqları maarifləndirməklə onları əlidolu ölkələrinə qaytarın. Qonaqları tək buraxmayın. Şübhələrə cavab verin. Ona görə ki, bizim Quran və rivayətlər kimi geniş İlahi potensiallarımız mövcuddur. Və kifayət qədər onlara cavab vermək iqtidarındayıq”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky