“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 3

Ayətullah Cənnəti: “Təkfirçilər ilə yalnız maarifləndirmə yolu ilə mübarizə aparmalıyıq”

Təkfirçilərin heç kimə rəm etmədikləri üçün onlara qarşı mübarizədə mütləq yəhudi və xristian alimləri də iştirak etməlidir.

  • News Code : 653411
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İran İslam Respublikasının Nəzarət Şurasının Katibi əlavə olaraq vurğulayıb: “Onlar (düşmən qüvvələri) İslam Oyanışının nəticəsiz qalması və İslam Oyanışı ilə üzləşən ölkələrin İslamdan bezikmələri üçün əllərindən gələni əsirgəmirlər. Ona görə də, bütün Müsəlmanlara və gücü çatan insanlara lazımdır ki, təkfirçilər qarşısında bacardıqca müqavimət göstərib maarifləndirmə işləri aparsınlar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 23 Noyabr, 2014 tarixdə, İran İslam Respublikasının təşkilatçılığı ilə, Müqəddəs Qum şəhərində keçirilən “Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresində çıxış edən Ayətullah Cənnəti təkfirçi sektanı azğın və qəddar bir cərəyan sekta adlandıraraq bu şeytani firqə ilə bütün səmavi din alimlərinin mübarizəyə qalxmasını təkid edib.

İran İslam Respublikasının Nəzarət Şurasının Katibi cənab Cənnəti bildirib: “Məsələ 100% siyasi oyundur. Adından da məlum olduğu kimi İslam və Müsəlmanlara zərbə vurmaq üçündür. Bu işdə (təkfirçilikə qarşı mübarizədə) yəhudi və xristian alimlərinin də iştirakı zərurət daşıyır. Ona görə ki, təkfirçilər heç kimə rəhm etmir, camaatın namusuna əl uzadır və heç bir şeyi dəyərli hesab etmirlər”.

Ayətullah Cənnəti daha sonra İslam İnqilabının qələbəsindən sonra İİR-da həqiqi İslamın zuhur etdiyini və onun digər ölkələrə sıçradığına və imperialist qüvvələrin bu sıçrayışdan öz mənafelərinə qarşı xətər hiss etdiklərinə işarə edərək bildirib: “İslam Cumhuriyyətində ayaq tutan İslam 35 ildir ki, qüdrət və böyük əzimkarlıqla digər ölkələrə ixrac edilir və İslam Oyanışı bütün məntəqələri bürümək üzrədir. Dünya istikbarçıları və siyasətçiləri də İslam Oyanışının onların əsas özəylərinə xətərli olduğunu başa düşüblər”.

İran İslam Respublikasının Nəzarət Şurasının Katibi əlavə olaraq vurğulayıb: “Onlar (düşmən qüvvələri) İslam Oyanışının nəticəsiz qalması və İslam Oyanışı ilə üzləşən ölkələrin İslamdan bezikmələri üçün əllərindən gələni əsirgəmirlər. Ona görə də, bütün Müsəlmanlara və gücü çatan insanlara lazımdır ki, təkfirçilər qarşısında bacardıqca müqavimət göstərib maarifləndirmə işləri aparsınlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky