“Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya Konqresin Xəbərləri 2

Ayətullah Məkarim Şirazi konqresin açılış mərasimində bildirib: “İŞİD nə dövlətdir və nə də ki, İslamçı” – Foto 2

Ali Təqlid Mərcəsi M. Şirazi: “Haçana kimi əyləşib təkfirçilərin törətdikləri cinayətlərə tamaşa etməliyik?”

  • News Code : 653393
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Konqresin baş təşkilatçılarından olan Ayətullah Məkarim Şirazi bildirib: “İslam Dini hətta qeyriMüsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya isbat etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yol İslam Dini ilə heç bir ılaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam Alimlərinin əli ilə qurudulmalıdır”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 23 Noyabr, 2014 tarixdə, İran İslam Respublikasının təşkilatçılığı ilə, Müqəddəs Qum şəhərində keçirilən “Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresin açılış mərasimi olub.

Yerli vaxtla 09:15 –də öz işinə başlayan konqresin açılış mərasimində ilk öncə konqresin katibi məruzə etdikdən sonra konqresin hədəf və ilkin işləri barədə məlumat verib.

“Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresində Daha sonra çıxış üçün söz Ayətullah Məkarim Şirazi cənablarına verilib.

Ali Təqlid Mərcəsi konqres qonaqlarını salamlayaq onlara uzaq yaxın və ölkələrdən gələrək konqresdə iştirak etdikləri üçün dərin təşəkkürünü bildirib.

O təkfirçilik ideologiyası haqda belə deyib: “Hazırkı şəraitdə azğın cərəyan barədə mütləq tədqiqat aparılmalı, onların düşüncə və məktəblərini tanımalı və köklərini qurutmalıyıq”.

Ayətullah Məkarim Şirazi vəhhabilərin demək olar ki, dünyanın bütün bölgələrində törətdikləri cinayətlərə işarə edərək bildirib: “Haçana kimi əyləşib onların törətdikləri cinayətlərə tamaşa etməliyik?”

Konqresin baş təşkilatçılarından olan Ayətullah Məkarim Şirazi bildirib: “İslam Dini hətta qeyriMüsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya isbat etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yol İslam Dini ilə heç bir ılaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam Alimlərinin əli ilə qurudulmalıdır”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky