İdman və İslam

“Müsəlmanam, zorla məni içirtməyə çalışdılar” – Portuqaliya ilə vidalaşan futbolçudan açıqlama

  • News Code : 770537
  • Source : Azerisport
Brief

Elnur Cəfərov: Baş məşqçi mənə yaxınlaşıb niyə içmədiyimi soruşdu. Ona bildirdim ki, mən müsəlmanam, inanclarımız spirtli içki içməyə icazə vermir. Amma o, məni buna məcbur etməyə çalışdı...

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Portuqaliyanın “Tondela” klubundan ayrılmasının səbəblərindən danışıb.

Azerisport-com-a açıqlamasında o, bunları söyləyib:

“Məni Portuqaliyada çox yaxşı qarşıladılar. Müqavilə imzaladıq və dərhal da məşqlərə başladım. Mətbuatda yazırlar ki, müqavilədə mənim bir ay ərzində baxışda olacağıma dair bənd var imiş. Bu, doğru deyil. Belə bir şey olsaydı, heç razılaşmazdım. Baş məşqçi ilə də münasibətlərim yaxşı idi. İlk oyundan sonra hətta məni tərifləmişdi. Hazırlaşmağımı, komandaya lazım olduğumu söyləmişdi.

Hər şey AÇ-2016-nın final oyununa qədər yaxşı idi. Ederin finalda vurduğu qol Portuqaliyanı Avropa çempionu etdi. Komandanın baş məşqçisi Armandu Petit bu münasibətlə komandanın bütün futbolçularının qarşısına bakal, içki qoydu, qələbəni belə qeyd etməyə başladılar. Hamısı mənim müsəlman olduğumu bilirdi. Amma baş məşqçi mənə yaxınlaşıb niyə içmədiyimi soruşdu. Ona bildirdim ki, mən müsəlmanam, inanclarımız spirtli içki içməyə icazə vermir. Amma o, məni buna məcbur etməyə çalışdı. Bakala şampan süzüb, zorla məni içirtməyə çalışdı. Mən onun əlini kənara etmək istərkən təsadüfən bakal yerə düşdü və sındı. Hər şey də bununla bitdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky