Olimpia Xəbərləri

Qəzaya düşən 20 nəfərlik qayığı özünə bağlayıb 3 saat sahilə üzən Suryalı Qəhrəman Rioda

  • News Code : 770522
  • Source : Azərbaycan 24
Brief

Rioya vəsiqə qazanan Mardini burada yarışda iştirakdan nə qədər xoşbəxt olsa da həmin anları göz yaşları ilə xatırlayır.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rio olimpiadasında ilk dəfə qaçqınlar komandası da təmsil olunur.

Onların hər birinin çox kədərli və ibrətamiz həyat hekayəsi var. Onlardan biri də Suriyalı üzgüçü qız Mardinidir.

Hazırda Almaniyada məskunlaşan üzgüçü Suriyada müharibə dəhşətlərindən qaçarkən bacısı ilə Egey dənizində qayıq qəza edir.

Uşaqlıqdan üzgüçülüklə məşğul olan Mardini suya tullansa da təkcə özü və bacısını xilas etməyi vicdanı qəbul etmir. 20-dən çox, əsasən də üzə bilməyən insanların olduğu qayığı iplə özünə bağlayaraq 3 saat sahilə üzür və onları xilas edir.

Rioya vəsiqə qazanan Mardini burada yarışda iştirakdan nə qədər xoşbəxt olsa da həmin anları göz yaşları ilə xatırlayır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky