İdman

Müsəlman boksçu Malik Əbdül Əziz (Mayk Tayson) Rusiya Yazıçılar İttifaqının üzvü olur

Bununla əlaqədar, əfsanəvi döyüşçü Noyabr ayında Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

  • News Code : 646269
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İTAR – TASS agentliyinə açıqlama verən təbliğatçı Vladimir Xuryunov: "Mayk taysona Rusiya Yazıçılar Birliyinin qiyabi üzvlük vəsiqəsi təqdim olunacaq. 27 Oktyabr, 2014 tarixində isə, "Tyson, Amansız həqiqət" başlığı altında sabiq boksçunun kitab təqdimatı Moskva şəhərində keçiriləcək”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Noyabr ayında sabiq boksçu Mayk Taysonun Moskvaya səfəri gözlənilir.

Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, İslam Dinin qəbul etmiş və adını dəyişərək Malik Əbdül Əziz qoymuş amerikalı sabiq boksçu Mayk Tyson Rusiya Yazıçılar İttifaqının üzvü olmaq istəyir.

Bu haqda İTAR – TASS agentliyinə açıqlama verən təbliğatçı Vladimir Xuryunov bunları söyləyib: "Mayk taysona Rusiya Yazıçılar Birliyinin qiyabi üzvlük vəsiqəsi təqdim olunacaq".

O daha sonra bildirib: “27 Oktyabr 2014 tarixində, "Tyson, Amansız həqiqət" başlığı altında sabiq boksçunun kitab təqdimatı Moskva şəhərində keçiriləcək.

Bununla əlaqədar, əfsanəvi döyüşçü Noyabr ayında Rusiyanın paytaxtı Moskvaya səfər edəcək”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky