Şiə Xəbərləri

Ayətullah Qurban Əli Durri Nəcəf Abadi 3 bəhreynli Şiənin edamı ilə əlaqədar kəskin bəyanat verdi

Ümüdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının Sədr Müavini Xəlifə Sülaləsinin cinayətlərini tənqid etdi.

  • News Code : 805250
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Əl-Zulmu La yədum... Zülm daimi ola bilməz. Mübariz Bəhreyn xalqı bu bərabərsiz döyüşdə qalib və Allah Təala qarşısında uca və izzətlidir. Ali Xəlifə və onlara bağlı ünsürlər isə özlərini İlahi Ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlarına hazırlamalıdırlar. Onlar bilmıılidirlər ki, Allah Təala “Əşəddul Muaqibin”dir (günahkarları şiddətli sürətdə cəzalandırandır).

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının Sədr müavini Ayətullah Qurban Əli Durri Nəcəf Abadi üç cavan Şiənin qanunsuz Ali Xəlifə rejimi tərəfindən edam edilməsinə etiraz edərək kəskin tənqidi bəyanat verib.

ABNA saytı olaraq bəyanatın mətnin təqdim edirik:

 

Bismillahir Rəhmanir Rəhim

أُذِنَ لِلَّذينَ يُقاتَلونَ بِأَنَّهُم ظُلِموا ۚ وَإِنَّ اللَّهَ عَلىٰ نَصرِهِم لَقَدير؛

Müharibə şəraitinə çatdırılanlara zülmə məruz qaldıqları üçün, (düşmənə qarşı) Cihad etmələrinə icazə verildi. Və Allah onlara yardım etməyə Qadirdir. (Həcc sürəsi, Ayə 39)

 

Bəhreyn hakimiyyətinin yeni cinayəti hamını kədərləndirdi. Sözsüz, Bəhreyn Şəhidləri İmam Hüseyn (əleyhi səlam) qarşısında dəyərlidirlər. Allah Təala Şərafətli Bəhreyn Xalqına və zülmə, ədalətsizliyə məruz qalan Şəhidlərin ailə üzvü və yaxınlarına səbr və gözəl xeyrli aqibət inayət etsin.

Görəsən doğrudanmı ədalət ardıyca olan sülhməramlı xalqa bu cür zalimanə və diktatorcasına cavab verilməlidirmi?! Və bu xalqın cavan nəslinin qanlarını qondarma ittihamlarla axıtmalıdırlarmı?! Yaxud da bu millətin övladlarını satqın və muzdlu məhkəmə hakimlərinin əli ilə vətəndaşlıqdan məhrummu etməlidirlər?! Ya da ki, Ayətullah Şeyx İsa Qasimin mənzilinimi mühasirəyə almalıdırlar?! Və yaxud dini atributların həyata keçirilməsinin, Cümə və Camaat Namazlarının qılınmasının, İmam Hüseynə (əleyhi səlam) əza saxlanmasının qarşısımı alınmalıdır?! Və aborgen yerli xalqın balalrını vətəndaşlıqdan məhrum edərək əvəzinə digər ölkələrdən gətizdirilmiş muzdlu ünsürlərəmi vətəndaşlıq verilməlidir?!

Əl-Zulmu La yədum... Zülm daimi ola bilməz. Mübariz Bəhreyn xalqı bu bərabərsiz döyüşdə qalib və Allah Təala qarşısında uca və izzətlidir. Ali Xəlifə və onlara bağlı ünsürlər isə özlərini İlahi Ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlarına hazırlamalıdırlar. Onlar bilmıılidirlər ki, Allah Təala “Əşəddul Muaqibin”dir (günahkarları şiddətli sürətdə cəzalandırandır).

Ümid edirik ki, İslam Dünyası və ümumiyyətlə dünya azadələri cinayətkarlara bundan artıq zor və güc tətbiq edərək insanları xoflandırmaqlarına imkan verməsinlər. Bəhreyn xalqı da, ədalət sayəsində bərabər hüquqlara malik olaraq tam sabit bir həyat sürməyə nail olsunlar. Və hüquqları sionist cinayətkarlarının ayaqları altında bundan artıq tapdalanmasın.

 

Durri Nəcəf Abadi

Ümüdünya Əhli Beyt (ə) Assambleyasının Ali Şurasının Sədr müavini

15.01.2017 - (26.10.95)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky