İran İslam Respublikası

Həsən Ruhani: İİR neft gəlirlərinin 20%-ni valyuta ehtiyatlarına əlavə etməyi bacarıb

  • News Code : 795484
  • Source : Sahar TV
Brief

Ərəbistan öz valyuta ehtiyatlarından 100 milyard dollara qədər götürməyə məcbur olub və bütün neft istehsalçıları dünya bazarında neftin qiymətindəki ucuzlaşmaya görə öz keçmiş ehtiyatlarından istifadə etməyə məcbur olublar. Və sadəcə İran öz valyuta ehtiyatlarını artırmağa nail olub- deyə Həsən Ruhani bildirib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası prezidenti mövcud çətinliklərə və dünya bazarında neftin qiymətindəki azalmaya rəğmən, İranın öz neft gəlirlərinin 20%-ni valyuta ehtiyatlrına əlavə etməyi bacardığını deyib.

H.Ruhani cümə axşamı Məşhəddə iki iri su çatdırma layihəsinin istifadəyə verilməsi mərasimində deyib: Neft gəlirərinin 20%-nin valyuta ehtiyatına əlavə edilməsi İran xalqı və dövlətinin qüdrət nişanəsidir.

İslam Respublikasının prezidenti əlavə edib: Ərəbistan öz valyuta ehtiyatlarından 100 milyard dollara qədər götürməyə məcbur olub və bütün neft istehsalçıları dünya bazarında neftin qiymətindəki ucuzlaşmaya görə öz keçmiş ehtiyatlarından istifadə etməyə məcbur olublar. Və sadəcə İran öz valyuta ehtiyatlarını artırmağa nail olub.

Həsən Ruhani neft istehsal edən ölkələr təşkilatı OPEK-in ötən günkü iclasında əldə edilən uğurdan razılıq edərək, deyib: İrana qarşı bütün fitnələrə baxmayaraq, İran 1 milyon barrel neft və 300 min barel qaz konsendantları ixracatını artıraraq, indi 2 milyon barrel neft və 500 min barrel qaz konsendantları ixrac edir.

İran prezidenti cümə axşamı Məşhəddə bir mərasimdə İranın ən iri su təmizləmə mərkəzini və Ərdak su bəndindən su çatdırma şəbəkəsini istifadəyə verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

بی کفایتی آل سعود
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky