Davamlı Səylər Nəticəsində

İran İslam Respublikasına məxsus 3 min dəyərli fossil Amerikadan qaytarılıb

İran İslam Respublikasının Amerikadan qalan əmlakının qaytarılması üçün səylər davam edir.

  • News Code : 731678
  • Source : Səhər Beynəlxalq Televiziyası
Brief

Fossillərin kəşfindən sonra, onların bir hissəsi araşdırma və müəyyənləşdirmə üçün Amerikaya göndərilib və qərara alınıb ki araşdırma və nəticədən sonra 6 ay 1 il ərzində İrana qaytarılsın. Lakin Los Ancelesin Kanti muzeyi araşdırmanın yekunlaşmadığını əsas gətirərək və əlavə araşdırmaya ehtiyac duyulduğunu bildirərək onların qaytarılmasına qarşı çıxıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Prezident Aparatının hüquq və beynəlxalq məsələlər üzrə mərkəzi bildirib: Bu mərkəzin səyi nəticəsində yerşünaslığın 3-cü dövrünə aid öznəməxsus 3000-dən çox fossil 40 ildən sonra nəhayət ötən həftə Amerikanın xərci ilə Hollandiyanın Amsterdam şəhərinə nəql olunub və yenidən baxıldıqdan sonra, İrana nəql edilib və İslam Respublikasının Ətraf Mühiti Mühafizə Təşkilatına təhvil verilib.

40 il öncə İran və Amerika tədqiqatçılarından ibarət bir qrup Kaliforniya Universitetinin müəllimi Bernard Kampelin başçılığı ilə Marağa və Urmiyə gölü ətrafındakı məntəqələrdə 3-cü dövr yerşünaslığa aid özünəməxsus 3000 fossili kəşf edib.

Fossillərin kəşfindən sonra, onların bir hissəsi araşdırma və müəyyənləşdirmə üçün Amerikaya göndərilib və qərara alınıb ki araşdırma və nəticədən sonra 6 ay 1 il ərzində İrana qaytarılsın. Lakin Los Ancelesin Kanti muzeyi araşdırmanın yekunlaşmadığını əsas gətirərək və əlavə araşdırmaya ehtiyac duyulduğunu bildirərək onların qaytarılmasına qarşı çıxıb.

Nəhayət İranın Amerikada hüquq yolu ilə davamlı şəkildə məsələni izləməsi və məhkəmə iclaslarından sonra Amerika hökuməti 2014-cü ildə bu əmlakın hökumətin xərci ilə İrana qaytarılmasına şəraitin yaradılması üzrə əməkdaşlığa hazır olduğunu elan edib.

Bu məlumata görə, İran İslam REspublikasının Amerikadan qalan əmlakının qaytarılması üçün səylər davam edir. 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky