Nigeriya xəbərləri...

IHRC Şeyx Zəkzəkinin azad edilməsi üçün Nigeriya prezidentinə vaxt qoydu

  • News Code : 804137
  • Source : deyerler.org
Brief

İslam İnsan Haqqları Komissiyası (IHRC) Nigeriya prezidenti Muhammadu Buxari və Dövlət Təhlükəsizlik İdarəsinə məktub ünvanlayaraq, Şeyx İbrahim Zəkzəkinin azad edilməsi üçün son tarix kimi 2017-ci ilin yanvarın 15-i olduğunu bildirib.

Əhlibeyt (ə) Xəbər Agentliyi- IHRC açıqlamasında, 2016-cı il dekabrın 2-də Nigeriya Federal Ali Məhkəməsi tərəfindən Şeyx İbrahim Yəqubi Zəkzəkinin dərhal azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq, o, hələ də azadlığa buraxılmadığını qeyd edib. IHRC məhkəmənin Dövlət Təhlükəsizlik İdarəsinin Şeyx İbrahim Zəkzəki və xanımı Zinət İbrahimi azadlığa buraxması üçün 2017-ci ilin 15 yanvar tarixini son müddət kimi təyin etdiyini xatırladıb.

IHRC-in məktubunda belə qeyd olunub: "Şeyx Zəkzəki və onun həyat yoldaşı dərhal azad edilməlidir və onların müdafiəsi və təhlükəsizliyi təmin olunmalıdır".

"Bu böhranın əsas səbəblərindən biri insanların özlərini cinayətkar kimi aparması və dövlət tərəfindən cəzasız qalmalarıdır. Biz yenə də Nigeriya hakimiyyətindən qanunun aliliyinin və ədalətin təmin olunması üçün məhkəmə qərarının icra olunmasına səsləyirik", - deyə IHRC rəsmisi Məsud Şadjareh bildirib.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 2-də hakim Qabriel Kolavolenin sədrliyilə keçirilən məhkəmə iclasında 45 gün ərzində Şeyx Zəkzəkinin azadlığa buraxılması və qanunsuz həbsdə saxlanılmasına görə 25 milyon naira təzminat ödənilməsi barədə qərar verilmişdir. Qərarda şeyx və ailəsi üçün Kadunada, ya da onun istədiyi yerdə evlə təmin olması da qeyd olunmuşdur.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky