Tofiq Həsənlinin apellyasiya şikayəti təmin edilməyib

Satirik şairin apellyasiya şikayəti təmin edilməyib

  • News Code : 800068
  • Source : azadlıq.info
Brief

Şair özü saxlanma zamanı polisin qanun pozuntusuna yol verdiyini deyib. Belə ki, onun çalışdığı mağazada sanksiyasız, vəkil və mülkiyyətçinin iştirakı olmadan axtarış aparılıb.

 Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə satirik şair, narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Tofiq Həsənlinin şikayəti üzrə qərar açıqlanıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını istəyib, vəkil isə T.Həsənliyə bəraət verilməsini xahiş edib.

Şair özüsaxlanma zamanı polisin qanun pozuntusuna yol verdiyini deyib. Belə ki, onun çalışdığı mağazada sanksiyasız, vəkil və mülkiyyətçinin iştirakı olmadan axtarış aparılıb.

T.Həsənli ona bəraət verilməsini və ya saxlanıldığı müddətin cəza müddətinə hesablanması üçün ittihamın az ağır maddəyə tövsif edilməsini xahiş edib.

Ancaq məhkəmə hökmü dəyişməyib.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək, sonra isə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi şerləri ilə tanınır.

2005-ci ildə narkotik maddəyə görə 3 il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube-da satiralarını dərc etdirməyə davam edib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanılıb.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

 

Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky