Böyük Əhlibeyt Məddahı vəfat etdi.

Ustad '' Səlim Müəzzinzadə Ərdəbili '' Bu gün Səhər Fani dünyayla vidalaşdı

  • News Code : 793530
  • Source : abna
Brief

Ustad Müəzzinzadə, gündəlik olaraq 5 saatını mərsiyə oxuyaraq keçirərdi.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Əhlibeyt (ə) Məddahlarının sultanı ləqəbli Böyük Ustad '' Səlim Müəzzin Zadə Ərdəbili '' 80 yaşında fani dünyaya vida etdi.

Hicri Şəmsi 1315-ci ildə İranın Ərdəbil şəhərində dünyaya gələn Səlim Müəzzinzadə, Azəricə, Ərəbcə və Farsca  nohə və mərsiyyələr söyləyirdi.

Ərəb və Fars  dillərinə müsəllət olan Müəzzinzadə, Azəricə oxumağa üstünlük verirdi. Müəzzin Zadənin mərhum atası, Şeyx Əbdülkərim Müəzzinzadə, İran radiosunun ilk rəsmi müəzzini olub. Müəzzinzadənin qardaşı da İslam müəzzinlərindən olub.


Onun təxminən 2000 ədəd mərsiyyəsi, zəbt edilmişdir.

Diqqət!Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky