Zalımlara"SÖZ UDDURANIAR"-dan olan Tofiq Həsənli.

Şair Tofiq Həsənlinin apellyasiya şikayətinə baxılır.

  • News Code : 788153
  • Source : meydan tv
Brief

Oktyabrın 27-də Şirvan Apellyasiya Məhkəməsinin hakim Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin apellyasiya şikayəti üzrə proses başlayıb.

Tofiq Həsənli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.

T.Həsənli iqtidarı və vəzifəli şəxsləri tənqidi şerləri ilə tanınır. O, lisenziyası ləğv edilmiş ANS televiziyasının "Qulp" verilişində, "Millətin səsi" və "Xural" qəzetlərində tənqidi şerləri ilə çıxış edib. Şair 2005-ci ildə narkotik maddə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə amnistiya aktı əsasında azadlığa buraxılıb.

T.Həsənli azadlığa çıxdıqdan sonra tənqidi şerlərini davam etdirib. O, sosial şəbəkələrdə tənqidi şerlərini dərc etdirib və öz səsi ilə "Youtube" şəbəkəsində yayıb.

Şair 2015-ci ilin yanvarında Azadlıq Radiosuna müsahibəsində şeirlərinə görə hədələndiyini, həbs ediləcəyini bildirib.

2015-ci il oktyabrın 12-də T.Həsənli saxlanılıb.

Vəkil Elçin Sadıqov "Turan"-a bildirib ki, Şirvan Apellyasiya Məhkəməsi məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparır.

Vəkil birinci məhkəmə instansiyası zamanı ittiham tərəfinin belə şahidlərinin hamısının ifadə vermədiyini bildirib:

"Bu gün şair ona qarşı irəli sürülən narkotik maddə ittihamını qəbul etmədiyini bildirdi. O, tənqidi şerlərinə görə həbs edildiyini dedi. Tofiq Həsənli satıcılıq etdiyi dükanda həbs edilib. O, dükanı bağlamağa hazırlaşarkən yaşadığı ərazidə hamının narkoman kimi tanıdığı şəxs dükana girib, Həsənli onu dükandan çıxardıqdan sonra qapını bağlayıb, oradan uzaqlaşarkən polis əməkdaşları onu saxlayaraq geri qaytarıblar. Şair məhkəmə dedi ki, saxlanılarkən onu butulka ilə zorakılıqla hədələyərək narkotik vasitəni etiraf etməyə məcbur ediblər. Cibinə və dükanına narkotik maddə yerləşdiriblər, sonradan narkotik vasitələri tapılma kimi rəsmiləşdiriblər".

Vəkilin sözlərinə görə, hal şahidləri əvvəlki işlərdə də şahidlik edib. "Qanun hal şahidlərinin istintaqla əməkdaşlıq etməsini qadağan edir. Ona saxlandıqdan sonra ailəsi və istədiyi vəkillə əlaqə saxlamağa da imkan verilməyib. İstintaq zamanı da onun hüquqları kobud şəkildə pozulub", - E.Sadıqov bildirib


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky