İran İslam Respublikası

İlham, Aşura mədəniyyətinin genişlənməsinin qarşısını ala biləcək barədə səhv fikirdədir

Zəngin Aşura ədəbiyyat və mədəniyyəti ilə fəxr edirik. Bu ədəbiyyat və mədəniyyəti gənclər arasınca yaymalıyıq.

  • News Code : 723818
  • Source : Aran Nyus
Brief

Ə. Fərşbafiyan: "Azərbaycan hökuməti, Əhli-beyt (ə) yazıçı, şair və məddahlarının bu konfransda iştiak etməməsi üçün onların ölkədən kənara çıxmasına mane olmaqla Aşura mədəniyyətinin genişlənməsinin qarşısını ala biləcəkləri barədə səhv fikirdədir. Biz bu günləri məntəqə ölkələrində təzyiqlərin şahidiyik. Tanınmış şəxslərin bu konfransda iştirakına qadağa qoyulması məğlubiyyətə məhkumdur və bu hərəkətləri ilə Aşura mədəniyyəti ilə mübarizə apara bilməzlər. İnşallah, belə konfrans və mərasimlər şair və məddahların iştirakı ilə elmi, tədqiqi surətdə davam edəcək".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, "Azərbaycanın Aşura Ədəbiyyatının Qorunması" ilk beynəlxalq konfransı dekabrın 6-da Qafqaz ölkələrinin mütəfəkkirləri, ədəbiyyatçıları, şairləri və məddahlarının iştirakı ilə Təbriz Universitetinin "Vəhdət" salonunda keçirildi.

Redaksiyamızın məlumatına əsasən, Təbriz Universitetinin rektoru konfransda bu universitet haqda məlumat verərək bildirib: "Təbriz Universitetinin nəzdində fəaliyyət gösətərən Ədəbiyyat İnstitutu, Tibb İnstitutu ilə birlikdə ilk yaranan institutlardan olmuşdur və bu institut öz iftixarlı tarixi boyu ədəbiyyat sahəsidə iftixar ediləcək Xəyyam Pur, Qazi Təbatəbai, doktor İnzabinejad, doktor Mürtəzəvi, doktor İclali kimi böyük tədqiqatçılar yetişdirmişdir".

Universitetin rektoru Fars ədəbiyyatı fakültələri arasında "Aşura ədəbiyyatı" fakültəsinin yerinin lüzumuna toxunaraq artırıb: "Ədəbiyyat İnstitutunda fars, ingilis, fransız dilləri və fəlsəfə tədris olunur və Fars ədəbiyyatı bölmələrində müqavimət ədəbiyyatı, irfan ədəbiyyatı kimi fakültələr mövcuddur, lakin burada Aşura ədəbiyyatının yeri çatmır".

Rektor deyib: "Zəngin Aşura ədəbiyyat və mədəniyyəti ilə fəxr edirik. Bu ədəbiyyat və mədəniyyəti gənclər arasınca yaymalıyıq. Bu işdə ədəbiyyatçı, şair və məddahların mühüm rolu vardır. Çünki onlar məsum imamların (ə) həyat tərzini açıqlayır, insanların hislərini dini təfəkkürlə uyğunlaşdırır və onun dərinləşməsində təsir qoyurlar".

Təbriz Universitetinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzinin direktoru və "Aşura Ədəbiyyatı" beynəlxalq konfransının katibi doktor Əhməd Fərşbafiyan Aşura kimliyi mövzusunda çıxış edərək deyib: "Azərbaycan və İslam mədəniyyəti dairəsində yerləşən məntəqələrin – İran, Azərbaycan, Anadolu – əsil kimlik və mədəniyyəti, Aşura mədəniyyətidir. Biz, bu dini baxış və məsum imamları (ə) xatırlamaqla, Allaha daha yaxın ola bilərik".

Ə. Fərşbafiyan çıxışının digər hissəsində Azərbaycan Respublikasının əhli-beyt (ə) şair və məddahlarının konfransa dəvət olunması, lakin Azərbaycan dövlətinin onların gəlişinə mane olmasına toxunaraq deyib: "Azərbaycan hökuməti, əhli-beyt (ə) yazıçı, şair və məddahlarının bu konfransda iştiak etməməsi üçün onların ölkədən kənara çıxmasına mane olmaqla Aşura mədəniyyətinin genişlənməsinin qarşısını ala biləcəkləri barədə səhv fikirdədir. Biz bu günləri məntəqə ölkələrində təzyiqlərin şahidiyik. Tanınmış şəxslərin bu konfransda iştirakına qadağa qoyulması məğlubiyyətə məhkumdur və bu hərəkətləri ilə Aşura mədəniyyəti ilə mübarizə apara bilməzlər. İnşallah, belə konfrans və mərasimlər şair və məddahların iştirakı ilə elmi, tədqiqi surətdə davam edəcək".

Qeyd edək ki, konfransın davamında İran islam Respublikasının şairlərindən Kəlami Zəncani, Azərbaycan Respublikasının şairlərindən Seyid Nurəddin, Fərman Məhəmmədov, Azərbaycan Respublikasından "İmam Hüseyn (ə)" filminin kino rejissoru Mahir Dərviş, İrandan isə İbrahim Rəhbər, Mehdi Xadim Azəryan, Fəxruz-zakirin Hacı Firuz Zirəkkar, Türkiyədən Maqsud Purdari, Şəkur Əşkur və Calal Yanık əhli-beyt mədəniyyətinin fəalları kimi təqdir olundu.

Həmçinin xəbərdə deyilir ki, Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin təşəbbüsü ilə keçirilən bu konfransda höccətül-islam Mahmud Mərifət çıxış edib, məddahlıq olunub və şer oxunub və video-kliplər göstərilib.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky