“İslamçı Məhbuslarla Həmrəylik”

İran İslam İnsan Haqları Komitəsi Təbrizdə İslamçı Məhbuslarla bağlı seminar keçirdi

Elmi İclasda Təbrizin ən tanınmış hüquqşünasları iştirak etmişlər

  • News Code : 613625
Brief

Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin “İslamçı Məhbuslarla Həmrəylik” ongünlüyü proqramlarına dəstək olaraq təşkil olunmuşdu.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 2014-cü il iyun ayının 2-də Təbrizdə İran İslam Respublikasının milli qəhrəmanı Səttarxanın evində İran İslam İnsan Haqları Komitəsinin təşkil etdiyi “İslam dinində və qərb mədəniyyətində insan haqlarının qorunması” adı altında Təbrizin ən tanınmış hüquqşünaslarının iştirakı ilə elmi seminar keçirilmişdir.

Seminar əslində, Azərbaycan Respublikasında Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin “İslamçı Məhbuslarla Həmrəylik” ongünlüyü proqramlarına dəstək olaraq təşkil olunmuşdu.

Seminarda iştirak üçün Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsinin sədri, Beynəlxalq əl-Mustafa (s) Universitetinin Quran və hüquq fakültəsinin doktorantı, Höccətül-İslam Faiq Vəlizadə də dəvət olunmuş, çıxışında Azərbaycanda haqları pozulmuş islamçı məhbuslar haqda məruzə etmiş, onların tezliklə həbsdən azad edilməsinin vacibliyini bildirmişdir.

Çox geniş auditoriyanın iştirakı ilə baş tutmuş seminarda çıxış edən tanınmış hüquqşünaslar Azərbaycandakı İslam məhbuslarının haqlarını müdafiə etmiş və onların dərhal azad olunmasını tələb elmişlər.

Müdafiə Komitəsinin Mətbuat Şöbəsi

2014-06-03

 

Hicab.org

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky