Şiə Aləminin Ali Təqlid Mərcəsi

Ayətullah Fazil Lənkərani azğın təkfirçiləri kafir adlandırdı

Bu gün “təkfirçilər” yeni din yaradıblar və bu da öz növbəsində onların MÜŞRİK olmaqlarının daha bir nümunəsidir.

  • News Code : 607475
Brief

Şiə Aləminin Böyük Alimlərindən biri olan Ayətullah Fazil Lənkərani bildirib: “Kəliməyi Şəhadəti (admin: yəni Allahın şəriksiz olduğuna və İslam Peyğəmbərinin də (səlləllahu əleyhi və alih) Allahın Elçisi olduğuna şəhadət vermək) dilinə gətirərən şəxs baxmayaraq ki, qəlbində buna inamı olmaya, onun canı, malı və namusu möhtərəmdir (admin: yəni toxunumamazlıq hüququna malik olur). Bu qayda hər iki məzhəbdə Sünni və Şiə məzhəblərində eynidir. “Təkfirçilər” Şiələri Qurani Kərimi təhrif etməkdə (admin: yəni dəyişməkdə) günahlandırırlar. Bu da öz növbəsində “təkfirçilərin” həva və həvəs üzündən danışdıqlarını və Allah Təalanın deyil məhz öz istəkləri, hissiyyatları üzərində hökm çıxartdıqlarını sübuta yetirən nümunələrdən biridir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qum Elmi Hövzəsinin “Camei Mudərrisin” (Müəllimlər İcması) heyətinin fəal üzvü, Ali Təqlid Mərcəsi Ayətullah Fazil Lənkərani “Təkfirçilik Məfkürəsinin Fiqhi Baxımından Araşdırılması” adı ilə keçirilən Yeddinci Elmi Konfransda çıxışı zamanı vurğulayıb: “Təkfirçilərin fiqhi baxımdan hansı hökmə məhkum olduqları mütləq araşdırılmalıdır. İkinci məsələ isə bundan ibarətdir ki, digər insanların “təkfirçilər” qarşısında vəzifələri nədir?..”

Ayətullah Şeyx Cavad Fazil Lənkərani daha sonra bildirib: “Biz Şiənin Fiqhinə müraciət etdikdə mütləq baxıb görməliyik ki, məzhəblər arasında bəyan olunan qaydalarda fərqlilik varmıdır? Biz iddia edirik ki, Şiə Fiqhinə tam yiyələnmiş hər bir kəs yaxşı anlayır ki, Şiə məzhəbində təkfir etmək məsələsi (admin: yəni kafirləri qeyri kafirlərdən ayırmaq və fiqhi qaydalara uyğun olaraq müəyyən bir şəxsə kafir hökmünü vermək) Sünni məzhəbinə nisbətdə daha dəqiq və daha da köklü bir məsələdir.”

Ali Təqlid Mərcəsi daha sonra küfrün mənası haqda danışaraq bildirib: “Küfr kəlməsi ərəb dilindədir və lüğtdə bəzən naşükürlük mənasında istifadə olunur, lakin bəzi lüğət kitabları isə “küfr” kəlməsini üstün örtmək və bağlamaq mənasında işlədərək bildiriblər: “Əgər insan həqiqətin üstünü örtərsə və Allah Təalanın varlığını görməməzlikə vurarsa, yaxud Üsuli Din məsələlərindən hər hansı birini misal olaraq Nübuvvət (Peyğəmbərlik), Risalət (Şəriət və Qayda Qanun) yaxud Tövhid (Allah Təalanı vahid və şəriksiz bilmək) kimi məsələləri üst bastır edərsə belə olan sürətdə şəxs kafir sayılır.””

Şiə Aləminin Böyük Alimlərindən biri olan Ayətullah Fazil Lənkərani bildirib: “Kəliməyi Şəhadəti (admin: yəni Allahın şəriksiz olduğuna və İslam Peyğəmbərinin də (səlləllahu əleyhi və alih) Allahın Elçisi olduğuna şəhadət vermək) dilinə gətirərən şəxs baxmayaraq ki, qəlbində buna inamı olmaya, onun canı, malı və namusu möhtərəmdir (admin: yəni toxunumamazlıq hüququna malik olur). Bu qayda hər iki məzhəbdə Sünni və Şiə məzhəblərində eynidir. “Təkfirçilər” Şiələri Qurani Kərimi təhrif etməkdə (admin: yəni dəyişməkdə) günahlandırırlar. Bu da öz növbəsində “təkfirçilərin” həva və həvəs üzündən danışdıqlarını və Allah Təalanın deyil məhz öz istəkləri, hissiyyatları üzərində hökm çıxartdıqlarını sübuta yetirən nümunələrdən biridir.”

Ayətullah Fazil Ləkərani daha sonra bildirib: “Bu gün mömin bəndələri dəlilsiz yerə təkfir edərək kafir nisbətini verən “təkfirçilərin” özləri KAFİRDİR. Ona görə ki, İmam Sadiqdən (əleyhi səlam) nəql olunan rəvayətdə deyilir ki, mömin bir şəxsə küfr və kafirlik nisbbətini verən şəxs məlundur (Allah Təalanın lənətinə düçar gəlmişdir). Bu iş (admin: möminə kafir nisbətini vermək) ona bənzəyir ki, elə bil onu (mömini) öldürmüşdür. Şiənin Fiqhində Allah Təalanı və yaxud İslam Peyğəmbərini inkar etmək kimi məsələlər kafirikə gətirib çıxaran işlərdir və bu məsələdə heç bir şək və şübhə yoxdur.”

Əimməi Əthar-Pak İmamlar (əleyhim səlam) adına Fiqhi Mərkəzin sədri Ayətullah Fazil Lənkərani bildirib: “Son zamanlar vəhabi müftilərindən biri deyib ki, Qərb ölkələrinə səfər etmək haramdır, bu növ fətvalar vermək yalnız şəxsi meyllərə uyaraq, həvayinəfsdən irəli gəlir.”

Fiqh Elminin Ustatlarından sayılan Ayətullah Uzma Fazil lənkərani daha sonra deyib: “Bu gün “təkfirçilər” yeni din yaradıblar və bu da öz növbəsində onların MÜŞRİK olmaqlarının daha bir nümunəsidir. Çünki, Allah təalnın göndərdiyi Dindən başqa heç bir din ola bilməz.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky