Azərbaycanlı Tələbələr Xocalı Soyqırımını Yad Edib

Müqəddəs Qum şəhərində Xocalı Soyqırımı ilə əlaqədar beynəlxalq konfrans keçirilib – Foto

Konfransda Afrika, Asiya və Avropa ölkələrinin tələbələri iştirak ediblər.

  • News Code : 674137
  • Source : ABNA- Xəbər Agentliyi Azərbaycanlı tələbələrə istinadla
Brief

Sənədli filmin nümayişindən sonra çıxış üçün söz Afrika tələbələrinin nümayəndəsi Höccətül İslam Zul Kifl Konqoiyə verilib.

Sənədli filmə baxdıqda doluxsunub, kədərləndiyini bildirən cənab Zül Kifl, Xristian və Yəhud dünyasının Qurani Kərimin buyurduğu kimi əl-ələ verərək İslama qarşı olduğunu vurğulayıb və bunun müqabilində çıxış yolunun yalnız Müsəlman xalqların birləşib vahid bir ittifaq yaratmaqlarında və başlıca tələbələrin təlim, tədris, təbliğ və müqavimətli olmaqlarında olduğunu buyurblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında təhsil alan Azərbaycan Respublikasının tələbələri Xocalı Soyqırımı ilə əlaqədar beynəlxalq konfrans təşkil ediblər.

Qum Elmi Hövzəsinin azərbaycanlı tələbələrinin “Muhəmmədin (səlləllahu əleyhi və alih) Maarifi İşığında” Elmi İcmasının təşəbbüsü ilə keçirilən konfransa Afrika, Asiya və Avropa ölkələrinin tələbələri qatılıb.

Əl Mustəfa (səlləllahu əleyhi və alih) beynəlxalq universitetin İmam Xomeyni (rəhmətullahi əleyh) adına Ali Məktəbin Şəhid Sədr adına ictimai salonunda qeyd edilən konfransın aparıcısı Kərbəlai Vurğun Abbasov olub.

O, ilk öncə qonaqları salamlayaraq konfransı Qurani Kərimin nurani ayələri ilə işə başlaması üçün Beynəlxalq Quran Müsabiqələrinin Qalibi Kərbəlai Anar Məmmədovu səhnə dəvət edib.

Qurani Kərimin nurani ayələri tilavət olunduqdan sonra Şəhidlərin ruhu mübarək Fatihə sürəsi ilə yad olunub.

Daha sonra Vurğun Abbasov Xocalı Soyqırımı haqda qısa məlumat verərək, Xocalı Faciəsinə dair Fars dilində düzəldilmiş sənədli film məclis iştirakçılarına nümayiş etdirilib.

Sənədli filmin nümayişindən sonra çıxış üçün söz Afrika tələbələrinin nümayəndəsi Höccətül İslam Zul Kifl Konqoiyə verilib.

Sənədli filmə baxdıqda doluxsunub, kədərləndiyini bildirən cənab Zül Kifl, Xristian və Yəhud dünyasının Qurani Kərimin buyurduğu kimi əl-ələ verərək İslama qarşı olduğunu vurğulayıb və bunun müqabilində çıxış yolunun yalnız Müsəlman xalqların birləşib vahid bir ittifaq yaratmaqlarında və başlıca tələbələrin təlim, tədris, təbliğ və müqavimətli olmaqlarında olduğunu buyurblar.

Daha sonra Seyyid Əliyar Fəthullayev öz qəmgin səsi ilə, roza oxuyaraq Şəhidləri yad edib.

Daha sonra söz Qarabağ müharibəsinin canlı şahidi Azərbaycanın Tərtər rayonundan olan Höccətül İslam Bəxtiyar Bayramova verilib. O, çıxışı zamanı Qarabağ müharibəsi və bu müharibədə 20% torpaqlarımızın itirilməsində başlıca amil kimi o dövrün satqın siyasətçiləri və ən əsası qeyrət hissinin unutdurulmasında olduğunu bildirib...

Daha sonra tələbələr tərəfindən qəbul olunan Qətnamə Hacı Nəsmi Əskərov tərəfindən oxunub.

Konfrans Fərəc Duası ilə sona yetib.

Qeyd edək ki, Azərbaycanlı tələbələr Xocalı Soyqırımına dair İmam Xomeyni (rəhmətullahi əleyh) adına Ali Məktəbin ümumi dəhlizində Fotosərgi bərpa ediblər. Sərgidə dünyanın 120 müxtəlif ölkəsindən olan tələbələrə Fars dilində Xocalı Soyqırımı və Qarabağ müharibəsi haqqda izahatlar verilib.

Bildirək ki, sərgi 01 Mart 2015 tarixdən başlayaraq 02 Mart 2015 tarixə kimi davam edəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky