Ən böyük miniatür kitab kolleksiyasınln sahibi

Azərbaycanlı Ginnesin Rekordlar Kitabına düşüb

2913 unikal kitabdan ibarət özəl kitabxana ötən ilin oktyabrında Bakıda təsdiqlənib.

  • News Code : 666892
  • Source : Xarici KİV-ə istinadla
Brief

Alfred Mills-in 1815-ci il nəşrli "İngilis tarixinin şəkli", təxminən 1175-ci ilə aid ərəbcə Quran və 16 əsrə aid "Masses of St. Francis of Assisi and St. Anne" kitabın 436-cı nəşri də bu kitablar arasındadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyada ən böyük miniatür kitab kolleksiyası azərbaycanlı Zərifə Salahovaya aiddir, Ginnesin Rekordlar Kitabının 10 yanvar məlumatında deyilir.

2913 unikal kitabdan ibarət özəl kitabxana ötən ilin oktyabrında Bakıda təsdiqlənib.

Zərifə Salahova 1982-ci ildən 71 ölkəyə aid 5600-dən çox miniatür kitab toplayıb. Onlardan 2013-ü qalınlığı 7.5 sm olan unikal kitablardır.

Alfred Mills-in 1815-ci il nəşrli "İngilis tarixinin şəkli", təxminən 1175-ci ilə aid ərəbcə Quran və 16 əsrə aid "Masses of St. Francis of Assisi and St. Anne" kitabın 436-cı nəşri də bu kitablar arasındadır.

Kitablar 2012-ci ildən Bakıda İçərişəhər Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən kitabxanada sərgilənir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

conference-abu-talib
We are All Zakzaky