İslamçı İncəsənət Xadimləri

Dünyasını dəyişmiş "Hәzrәti Yusif" serialının rejissoru Fərəcullah Sələhşurun dəfn mərasimi möhtəşəm keçirilib- Foto

Dəfn mərasimində İslam Respublikasının dünyasəviyyəli tanınmış kinorejisor və aktyorlar iştirak edib.

  • News Code : 737734
  • Source : ABNA- Xəbər Agentliyi
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bağırsaq xərçənginə görə bir müddət xəstəxanada yatan İran İslam Respublikasının mömün və inqilabçı rejissoru Fərəcullah Sələhşur Fevralın 26 səhər vəfat edərək öz Pərvərdigarının sədasına ləbbeyk deyib. Mərhum Fərəcullah Sələhşurun cənazəsi İİR Mədəniyyət və İncəsənət xadimlərinin hüzuru ilə, habelə bir qrup Tehran əhalisi ilə bu gün səhər radələrində Tehranın Əşrəfi İsfəhani magistiral yolundan İmamzadə Seyyid Cəfər və Həmidə Xatun türbəsinə tərəf yola salınıb. Qeyd edək ki, Azәrbaycan Respublikasında da yaxşı tanınan İran İslam Respublikasının Qәzvin şәhәrindәn olan Fәrәcullah Sәlәhşur bir çox dini filmlәrin yaradıcısı olub. "Hәqiqi Tövbә", Əshabi Kəhf- Ancolos Kişilәri (Men of Anjolos), "Әyyub Peyğәmbәr", "Yusif Peyğәmbәr", vә s. onun dәyәrli işlәrindәndir. Fәrәcullah Sәlәhşurun son işi "Musa Peyğәmbәr" serialı olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky