Yəmənlilər TŞ-yə müraciət ediblər

Yəmənlilər TŞ-yə müraciət ediblər

Yəmənin nəqliyyat nazirinin müavini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını minlərlə xəstənin həyatını xilas etmək üçün Səna hava limanının açılmasına şərait yaratmağa çağırıb.

Əl-Məyadin bildirir ki, Yəmənin nəqliyyat nazirinin müavini Abdullah Əl-Ənsi təcavüzkar Səudiyyə koalissiyasının beynəlxalq Səna aeroportunu bağlamasını qınayaraq deyib: Gün ərzində 20-30 yəmənli xəstə Səna hava limanının bağlı olduğuna görə həyatını itirir.

Əl-Sənsi illik 200 min xəstənin Səna hava limanından müalicə üçün xarici ölkələrə göndərildiyini bildirərək deyib: Yəmən xalqının böyük hissəsi bu hava limanının iki ildir bağlı qalmasına görə böyük ziyanlara məruz qalıb.

Eyni zamanda Yəmən xalq kütlələri o sıradan vəkillər, parlament üzvləri, ağsaqqallar, ictimai simalar Səudiyyə koalissiyasının məktəbliləri daşıyan avtobusa hücumuna etiraz əlaməti olaraq Ab, Zəmar, Əl-Məhvit və Əl-Cəuf vilayətlərində aksiyalar keçiriblər.

Aksiyaçılar "Amerika yəmənli uşaqları qırır" kimi şüarlar səsləndirərək bildiriblər ki, Səudiyyə koalissiyasının cinayətləri onları öz fəaliyyətlərini davam etdirməkdən dayandırmayacaq.

Səudiyyə qırıcıları cüməaxşamı yəmənli məktəbliləri daşıyan avtobusa hücum edərək 55 uşağı öldürdülər 80 nəfəri də yaraladılar.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky