S.H.Nəsrullah:

Yəmənin müqavimətli xalqına eşq olsun!

Yəmənin müqavimətli xalqına eşq olsun!

Livan Hizbullahının baş katibi deyib: Səud-amerikan təcavüzkarlar qarşısında qəhrəmancasına müqavimət göstərən Yəmən xalqına eşq olsun!

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Hizbullahın Nabatiyyə şəhərində keçirilən seçki kampaniyası kənarında təşkil edilmiş "Qələbəyə sədaqət" günü ilə bağlı mərasimdə deyib: Bu şənliyin keçirilməsində məqsəd, seçkilərdə ümidvarlıq və sədaqət siyahısının təsdiqi və ona siyasi dəstəyin elan olunmasıdır.

O əlavə edib: Qəzzə zolağı sərhədlərində vətən keşikçilərinə, məzlum xalqa və müxtəlif müqavimət qruplarının bütün komandanlarına eşq olsun! Özünün qəhrəmancasına müqavimətilə təcavüzkar səud-amerikan koalisiyası qarşısında müdafiə ilə məşğul olan Yəmən xalqına da eşq olsun!

Livan Hizbullahının baş katibi vurğulayıb: Müqavimət xalqı, ümidsizliklərə təslim olmur; bizim mədəniyyətimiz, ümidvarlıq və sədaqət mədəniyyəti olaraq, bizim iman və əqidə prinsiplərimizdən hesab olunur. Seçkilərdə iştirakda süstlük, məsuliyyətlərin qəbul edilməsində süstlük deməkdir.

Livan Hizbullahının baş katibi deyib: Amerikalılar və sionistlər Livanda müqavimətdən xilas olmaq üçün hər bir formada əllərindən gələni etdilər. Amerikalılar və sionistlər 2000-ci ildə anladılar ki, Livanda müqavimət adlanan bir qüvvə mövcuddur və bu qüvvə livanlıların vücudunda yerə malik olaraq, sionist rejimi Livandan qovubdur.

Seyid Həsən Nəsrullah söyləyib: Hazırda Suriyada baş verən bütün olayların hədəflərindən biri, müqavimətə zərbə vurmaqdır və müqavimətə zərbə vurmaq üçün çəkilən bütün planlardakı təhlükəli məsələ, vətəndaş savaşı və Livan ordusu ilə müqavimət arasında qarşıdurma yaratmaqdır.

O, vurğulayıb: Ordu, xalq və müqavimət kimi dəyərli parametr olduqca mühümdür. Livan ordusu, eləcə də xalqın sayıqlığı və məlumatlılığı gücləndirilməlidir. Biz bu qüdrətlə sionistlərlə mübarizə apara bilərik. Livanın cənubunda Hizbullah və Əməl hərəkatı xüsusiyyət təşkil etməklə bütün siyasi qruplar və tayfalar arasında mövcud olan birlik çox böyük önəmə malikdir və bu birlik müqavimətin qüdrəti üçün ən güclü zəmanətdir. Bu qüdrət siyasi dəstəyə ehtiyaclıdır ki, bir daha müqavimətə arxadan xəncər vurmasınlar və müqaviməti daxili fitnəyə çəkməsinlər.

Livan parlament seçkiləri 2018-ci il mayın altısında keçiriləcək. Hizbullah on üç namizəd irəli sürübdür. Bu namizədlər müxtəlif seçki dairələrində müştərək sıyahılar formasında Əməl hərəkatının, eləcə də bu iki partiyaya yaxın partiyaların namizədləri və şəxsiyyətlərlə koalisiya yaradıblar.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky