Yəmən müqəddəs məkanların dağıdılmasına reaksiya verib

 Yəmən müqəddəs məkanların dağıdılmasına reaksiya verib

Yəmənin Vəqflər Nazirliyi Hədidə vilayətində təcavüzkar Səudiyyə qüvvələri və onun muzdluları tərəfindən müqəddəs məkanların dağıdılmasını pisləyib.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmənin Vəqflər Nazirliyi dünən gecə bir bəyanat yayaraq təcavüzkar Səudiyyə və onun muzdlularının Hədidə vilayətində Əhməd Əl-Fazın məqbərəsini və onun adına olan məscidi dağıtmasını pisləyərək təcavüzkar koalissiyanın Yəmənin tarici və dini abidələrini məhv etmək cəhdlərində ittihamlandırıb.

Bəyanatda deyilir: Təcavüzkarlar son 3 ilin hücumlarında bütün infrasturukturu və islami müqəddəsləri hədəf alıblar və bu hücumlarda indiyədək 908 tarixi məscid dağıdılıb.

Yəmənin Vəqflər Nazirliyi UNESCO-nun bu sahədə üzərinə düşənləri yerinə yetirməkdə səhlənkarlığa yol verməsindən təəssüfləndiyini bildirib və təcavüzkarların Yəməndə törətdikləri cinayətlərə görə cəlb olunmalarını istəyib.

Eyni zamanda bildirilir ki, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi təcavüzkarların son hərəkətlərinə cavab olaraq bir neçə ədəd raketlə səudiyyə Ərəbistanının Ərrəyaddakı Müdafiə Nazirliyinin informasiya texnologiyaları mərkəzini hədəfə alıb.

Əl-Məsirə telekanalı bildirib ki, son 48 saatda Yəmən daxilində və sərhədlərində 28 səudiyyə muzdlusu yəmənli snayperlər tərəfindən məhv edilib yaxud yaralanıblar.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky