Yəmənə təcavüz etmiş koalisiya Əlqaidə ilə əlbir imiş

 Yəmənə təcavüz etmiş koalisiya Əlqaidə ilə əlbir imiş

Bir amerikalı mənbə Əlqaidə terror qrupunun Yəməndəki başçılarından olan Ədnan Rəziq ilə söhbətdən sonra Yəmənə təcavüz etmiş koalisiyanın bu terror qrupu ilə gizli razılaşmalarından və onun ünsürlərinə pul ödəməsindən xəbər verib.

Assoşieyted Press, Əlqaidə terror qrupunun ünsürlərinə ödəmək üçün anti-Yəmən koalisiyasından milyonlarla dollar aldığını etiraf etmiş Ədnan Rəziqə istinadla apardığı təhqiqatında yazıb: Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə bu terror qrupu ilə gizli razılaşmasına əsasən, Ərriyad Əlqaidə ünsürlərini Yəməndəki bəzi məntəqələrdən geri çəkilməyə razı etmək üçün onlara pul ödəyibdir.

Bu təhqiqat habelə səud koalisiyasının Əlqaidə terror qrupunun ünsürlərindən bir qrupunu Yəməndə xidmətə götürməyə dair hərəkətindən xəbər verir. Belə ki, bu ünsürlərin azı 250 nəfəri Yəmənin cənubundakı "təhlükəsizlik qurşağı" adlı qüvvələrə qoşulubdur. Bu qüvvələr Əmirliklərin himayəsi altındadır.

Bundan öncə də sionist Haarets qəzeti etiraf etmişdi ki, səud koalisiyasının iddiasının əksinə olaraq, Ərəbistan indiyədək Yəmənin cənubunda Əlqaidə qrupunun bazalarına qarşı hücumlar həyata keçirməyibdir.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky