Sionistlər misli görünməmiş şəkildə əl-Əqsa məscidinə basqın ediblər

Sionistlər misli görünməmiş şəkildə əl-Əqsa məscidinə basqın ediblər

Yüzlərlə sionist qəsəbə sakini Qüds şəhərinin qədim hissəsində təhrikedici hərəkətlər istiqamətində "yalançı məbədin dağıdılmasınınn ildönümü" günü münasibəti ilə əl-Əqsa məscidinə basqın ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qüds Vəqflər İdarəsinin ictimai əlaqələr şöbəsinin məsul şəxsi Fəras Debs bu gün bazar günü bildirib: 720-dən çox radikal sionist əl-Əqsa məscidinə daxil olub, Babür-Rəhmə qarşısında telmud mərasimini keçirib və sionist rejim polisi güclü təhlükəsizlik tədbirləri icra edib.

Bu istiqamətdə Qüds Milli və İslam Heyəti sionist qəsəbə sakinlərinin təcavüzləri qarşısında bu müqəddəs məkanın müdafiə olunması üçün fələstinlilərin səfərbər olunmasını, əl-Əqsa məscidində etikaf keçirməsini istəyib.

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Qanu da Qüds və İordan çayının qərb sahili sakinlərindən sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinin həyətlərinə basqın etməsi qarşısında müqavimət göstərməsini və Qüds intifazəsini davam etdirməsini istəyib.

İslam Cihadı Hərəkatı da bir bəyanatda bildirib: Sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinin həyətlərinə basqın etməsi dərhal reaksiyaya ehtiyac duyan təhlükəli təcavüz hesab olunur.

Radikal yəhudi qrupları ötən günlər ərzində sionist qəsəbə sakinlərini "yalançı məbədin dağıdılmasının ildönümü" günündə əl-Əqsa məscidinə irimiqyaslı şəkildə yürüşə çağırıb.

Bu elə bir haldadır ki, BMT-nin Elm, Mədəniyyət və Təhsil Təşkilatı YUNESKO 2017-ci il oktyabr ayında bildirib ki, əl-Əqsa məscidi müsəlmanlara aiddir və yəhudilərə heç bir aidiyyəti yoxdur.
...............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky