Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar

Səudiyyə təcavüzkarları ağır tələfata məruz qalıblar

Yəmənli qüvvələr Nəcran, Ceyzan və Əsir bölgələrində Səudiyyə təcavüzkarları və onların muzdlularını ağır tələfata və ziyana məruz qoyublar.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusunun artleriya bölməsi və xalq komitələri Səudiyyə muzdlularının Ceyzandakı mövqelərini hədəfə alıblar. Yəmənin hərbi informasiya xidmətinin yaydığı təsvirlərdə muzdluların mövqelərinin hədəfə alındığı müşahidə olunur. Bu hücumlarda muzdlular ağır tələfata və ziyana məruz qalıblar və ərazini tərk etməli olublar.

Digər tərəfdən bir neçə səudiyyə hərbçisi və muzdlu qüvvə də Yəmən ordusunun sərhəd cəbhələrindəki əməliyyatlarında məhv edilib.

Məhəmmədəli Əl-Husi Səudiyyə-BƏƏ koalissiyası qüvvələrinin Əl-Hədidə şəhərinə yaxınlaşdıqlarına dair yaydıqları məlumatların yalan olduğunu bildirib.

Əl-Husi deyib: Əl-Hədidə şəhərinin 5-20 kilometrliyinə yaxınlaşmış olduqlarına dair iddia yalandır. Onlar bu şəhərin 35 kilometrliyindən daha yaxına gələ bilməyiblər. Təcavüzkarlar şəhərə daha çox yaxınlaşmağa cəhd edərlərsə ağır atəşə məruz qalacaqlar və inşaallah bütün ərazilərdən geri oturdulacaqlar. Onlar bunu edə bilsəydilər çoxdan Əl-Hədidəyə doğru irəliləmişdilər.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky