Əsəd:

Müqavimət mehvərinin hər bir uğuru ilə qərblilərin fəryadı yüksəlir

Müqavimət mehvərinin hər bir uğuru ilə qərblilərin fəryadı yüksəlir

Suriya prezidenti cümə axşamı Dəməşqdə İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşdə deyib: Müqavimət qüvvələri tərəfindən əldə edilən hər uğurun ardınca Qərb ölkələrinin fəryadı yüksəlir.

Bəşşar Əsəd ABŞ-ın Suriya ərazisində hərbi əməliyyatların zəruriliyi barədə səsləndirdiyi fikirlərə işarə edərək, deyib: Qərblilərin Suriaydakı istənilən hərəkəti regionda səbatsızlığın daha da genişlənməsinə, beynəlxalq sülhün və təhlükəsizliyin pozulmasına səbəb olacaq.

Suriya prezidenti əlavə edib: Qərblilərin son şübhəli hərəkətləri tarazlığı terrorçuların xeyrinə dəyişmək məqsədi daşıyır.

Əsəd həmçinin deyib: Şərqi Qutənin azad edilməsindən sonra bəzi Qərb ölkələrinin Suriyaya hücumla bağlı təhdidləri, özləri tərəfindən uydurulmuş yalanlara əsaslanır. Bu isə onların Suriyadakı savaşda bir daha məğlubiyyətə uğramalarından xəbər verir.

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti də bu görüşdə onlarla ölkənin iştirakı ilə artıq 7 ildir ki, Suriyada xalq və hökumət əleyhinə savaşın sürdürüldüyünü deyərək, bu savaşın birbaşa olaraq ABŞ tərəfindən idarə edildiyini bildirib və deyib: Bu günkü Suriya 7 il öncəsi ilə müqayisədə heç də zəif deyil. Amerika da 7 il öncəsi ilə müqayisədə heç də güclü deyil.
...........
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky