Krallıq sarayında atışma; Bin Salman qorxub!

Krallıq sarayında atışma; Bin Salman qorxub!

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman əl-Xəzami bölgəsindəki silahlı insidentdən çox qorxub və bu məsələ onun qərarlar verməsinə təsir edib.

Rəy əl-Youm qəzeti cümə günü qərb mənbələrinə istinadla yazıb: Bu mənbələr Məhəmməd Bin Salmana tövsiyə ediblər ki, ictimaiyyətdə görünməkdən çəkinsin və öz canını xilas etmək üçün təhrikedici qərarları verməyi dayandırsın. Belə ki, rəsmi şəkildə kral seçilsin.

Ərəbistan kral ailəsinin məsələləri ilə tanış olan şəxslərdən biri Ər-Riyadda kral sarayına hücumdan sonra Məhəmməd Bin Salmanın çox qorxduğunu deyir.

Kütləvi İnformasiya Vasitələri bildiriblər ki, Ər-Riyadda kral sarayı silahlı şəxslərin Pilotsuz Uçan Aparatla Məhəmməd Bin Salmanı və onun ətrafındakıları terror etmək məqsədilə hücuma məruz qalıb.

İndiyədək bu əməliyyatın baş verməsi bəlli deyil. Lakin Ər-Riyadda kral ailəsinin məsələləri haqda məlumatlı olan dairə bildirib ki, əl-Xəzamidə silahlı insident siyasi məqsədlərlə hakimiyyət dairəsi tərəfindən həyata keçirilib və normal əməliyyat olmayıb.

Qərb dairəsi bu haqda deyir: Ərəbistan vəliəhdi qurtulması çətin olan bu hücumdan xilas ola bilib. Amma çox qorxub. Çünki kral sarayının hücuma məruz qalacağını əsla təsəvvür etmirdi.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky