İsrailin Qəzzənin şimalına olan hücumunda 2 fələstinli şəhid olub

İsrailin Qəzzənin şimalına olan hücumunda 2 fələstinli şəhid olub

Bu gün səhər İsrail rejiminin Qəzzənin şimalına olan hava hücumları zamanı 2 fələstinli şəhid olub.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İsrail qırıcıları Qəzzənin şimalında yerləşən Cibaliya məntəqəsində bir sıra hədəflərə raket zərbələri endiriblər. Nəticədə Məhənd Macid Həmudə və Əymən Nafiz Əl-Nəccar adlı iki fələstinli həlak olub.

İsrail rejimi bu iki fələstinlinin Cibaliyanın şərqindən sionistlərin yaşadıqları qəsəbələrə tərəf yandırıcı çərpələng və hava balonları göndərməklə məşğul olduqlarını iddia edib.

İsrail rejimi fələstinli gənclərin işğal altında olan ərazilərə çərpələng və hava balonlarından istifadə etməklə yandırıcı maddələr göndərmələri və yanğına səbəb olmalarını bəhanə edərək, onları hədəfə alır.

30 mart tarixindən başlayaraq işğal olunmuş ərazilərin sərhəd məntəqəsində "Qayıdış Haqqı"  yürüşlərinin keçirilməsinə başlandığı zamandan fələstinli gənlər işğal edilmiş ərazilərə çərpələng və hava balonlarından istifadə edərək yanıcı maddələr göndərir və yanğın çıxardırlar. Bu məsələ sionist rejim ilə mübarizə metodlarından birinə çevrilib.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky