Hüdeydədə Ərəbistanın ən böyük casusluq mafiyasının başçısı həbs olunub

Hüdeydədə Ərəbistanın ən böyük casusluq mafiyasının başçısı həbs olunub

Yəmənin təhlükəsizlik xidmətləri səudiyyə koalisiyasının ən böyük casusluq mafiyasının birini müəyyənləşdirərək əl-Hüdeydənin Təhamə məntəqəsində təkfirçi başçısını həbs edə biliblər.

Əl-Aləm televiziyasının məlumatına görə, təhlükəsizlik xidmətinin bir rəsmisi Səba agentliyinə müsahibədə deyib: Bu casusluq mafiyasına Ərəbistanda dünyaya gəlmiş və təkfirçi məktəbini bitirmiş Abdulla Sətihdir. O əcnəbi təhlükəsizlik xidmətlərinin mənafeyi istiqamətində ən böyük fəal təkfirçi təşkilatların birinin başçısıdır.

Bu məlumatlı rəsmi bildirib: Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü dövründə Abdulla Sətih bu koalisiyaya xidmət edib. Məlumatların göndərilməsindən tutmuş, müharibə üçün muzdluların tutulmasınadək heç bir cinayəti əsirgəməyib. Son vaxtlar 40 üzvü olan iki böyük mafiyanın fəaliyyətinə nəzarət edib.

Digər tərəfdən sosial-ictimai şəbəkələrin fəalları əl-Hüdeydənin aeroportunun daxilindən yeni video-çarx yayımlayıblar. Bu video-çarx əl-Hüdeydə aeroportunu ələ keçirməyə dair səudiyyə koalisiyasının iddiasının yalan olduğunu göstərir.
..............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky