Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır

Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır

Yəməndə Ənsarullah hərəkatının baş katibi Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı hərbi təcavüzdə məqsədlərini bu ölkənin işğal edilməsi adlandırıb və deyib ki, onların heç bir dinc hədəfi yoxdur.

Əbdulməlik Bədrəddin Əlhusi dünən gecə etdiyi çıxışında bildirib ki, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Yəmənin bəzi əyalətlərində təkfirçi fəaliyyətlərə dəstək istiqamətində milyardlarla dollar pul xərcləyiblər. O, deyib: Səud təcavüzkarları Yəmənə qarşı təcavüzün əvvəlindən xalq arasında ixtilaf və düşmənçilik salmağa çalışıblar.

Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri zabitlərinin Yəmənin Əlməxa məntəqəsində amerikan və sionist zabitlərlə əlaqədə olduqlarını bildirən Ənsarullah hərəkatının baş katibi deyib ki, ABŞ və sionist rejim Yəmənə qarşı hərbi hücumlarda birgə fəaliyyət göstərirlər.

Əbdulməlik Bədrəddin Əlhusi Ərəbistan və Amerikanın Yəmənə qarşı təcavüzü ilə mübarizəni şəri bir addım adlandırıb. Vurğulayıb ki, mübarizə, işğalçı muzdurlar qarşısında Yəmən xalqının başıucalığı və izzətinin müdafiəsi sahəsində yeganə yoldur.

O, həmçinin deyib: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Fələstin xalqına qarşı da fitnə törədirlər və sionist rejimin baş naziri Benyamin Netanyahu Yəmənə qarşı hücumları bu rejim ilə Ərəbistan rejiminin birgə maraqlarınin bir hissəsi hesab edir.
...............
300


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky