Yaxın Şərq Xəbərləri

Yəmənlilər Səudiyyə rejiminin pilotsuz kəşfiyyat təyyarəsini yerə saldı

Yəmənlilər Səudiyyə rejiminin pilotsuz kəşfiyyat təyyarəsini yerə saldı

Oktyabr ayının əvvəlində Yəmən ordusu Səudiyyə hava qüvvələri tərəfindən idarə olunan və ABŞ-da hazırlanan "MQ-9 Reaper" tipli pilotsuz təyyarəni də zərərsizləşdirmişdi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəməndə Husi döyüşçüləri ölkənin şimal-qərbində yerləşən Həccə əyalətində kəşfiyyat uçuşu həyata keçirən və Səudiyyə Əərəbistanına aid olan pilotsuz uçan aparatı (PUA) vurub.

"Al-Masirah" televiziyasının Yəmənin havadan müdafiə qüvvələrinin rəsmisinə istinadən yadığı məlumatda Səudiyyəyə məxsus PUA-nın dünən Hirz mahalında kəşiyyat uçuşu edərkən vurulduğu qeyd edilib.

Qeyd edək ki, oktyabr ayının 27-də Yəmən ordusu raket vasitəsilə Yəmənin paytaxtı Səna şəhərinin şərqində uçan Səudiyyə Ərəbistanı hava qüvvələrinə məxsus "Eurofighter Typhoon" döyüş təyyarəsini vurub.

Bundan əlavə, oktyabr ayının əvvəlində Yəmən ordusu Səudiyyə hava qüvvələri tərəfindən idarə olunan və ABŞ-da hazırlanan "MQ-9 Reaper" tipli pilotsuz təyyarəni də zərərsizləşdirmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky