Yaxın Şərq Xəbərləri

Yəmənli qüvvələr 45 Səudiyyə əsgərini məhv etdi

Yəmən ordusu ilə Könüllü Xalq Komitələrinin artileriya və raket birlikləri Səudiyyə əsgərlərinə ağır zərbələr endirib.

Yəmənli qüvvələr 45 Səudiyyə əsgərini məhv etdi

Yəmən Ordusu ilə Könüllü Xalq Komitələrinin fevral ayında birgə apardıqları əməliyyatlar nəticəsində Səudiyyə rejiminin Sudandan gətizdirdiyi muzdlu əsgərlərdən 45-i öldürülüb və 19 nəfəri isə yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən Ordusu ilə Könüllü Xalq Komitələrinin fevral ayında birgə apardıqları əməliyyatlar nəticəsində Səudiyyə rejiminin Sudandan gətizdirdiyi muzdlu əsgərlərdən 45-i öldürülüb və 19 nəfəri isə yaralanıb.

Məlumata görə, Səudiyyə rejiminin muzdlu əsgərləri Yəmeən ordusu ilə Könüllü Xalq Komitələrinin Cizan, Nəcran və Asir şəhərlərində apardıqları əməliyyatlarda yaralanmış və ya öldürülmüşdür.

Qeyd edək ki, bu rəqəmlər Ərəb mətbuatı tərəfindən açıqlanıb və həqiqətdə isə ölən və yaralananların sayə qeyd edilən rəqəmlərdən daha yüksəkdir. Rəqəmin daha çox olması uzaq bir ehtimal deyil xüsusilə də Səud rejiminin ötən 3 il ərzində itkinlərini gizlətdiyini nəzərə alsaq bu ehtimal daha da güclənməkdədir.

Xatırladaq ki, ötən Fevral ayı Səudiyyə əsgərlərinin ən çox itki verdiyi ay kimi yaddaşlarda həkk olub. Belə ki, Yəmən ordusu ilə Könüllü Xalq Komitələrinin artileriya və raket birlikləri Səudiyyə əsgərlərinə ağır zərbələr endiriblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky