Yəmən Xəbərləri

Yəmənin sabiq diktatoru öz cəzasına çatdı, Əli Abdullah Saleh öldürüldü – Foto

  • News Code : 870986
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Qeyd edək ki, Yəmənin sabiq diktatoru Əli Abdullah Saleh son vaxtlar Ənsarullah hərəkatına qarşı fitnə və fəsad törədirdi. O, Ənsarullah tərəfindən irəli sürülən sülh və tərəfdaşlıq təkliflərini dəfələrlə təxirə salır və bu işdən boyun qaçırırdı. Onun Səudiyyə Ərəbistanı ilə açıq-aşkar əlaqəsi və BƏƏ-nin onu bir daha Yəməndə hakimiyyətə qaytarmaq üzrə gizli cəhdləri artıq Yəmən xalqına məlum idi.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən ordusunun ideoloji idarəsinin rəisi Yəhya Əl-Məhdi Əli Abdullah Salehin ölümü xəbərini təsdiqləyib.

Sputnik xəbər agentliyinə müsahibə verən Yəhya Əl-Məhdi bildirib ki, Əli Abdullah Saleh bu gün Səna-Məarib yolunda öldürülüb.

Yəmən ordusunun ideoloji idarəsinin rəisi deyib: “Yəmənin təhlükəsizlik qüvvələri şənbə günündən etibarən Əli Abdullah Salehin müxtəlif bölgələrə səfərlərini nəzarətdə saxlayırdı və onun Məaribə köçürülməsi cəhdlərini müşahidə edirdi. Əli Abdullah Saleh Sənhan bölgəsinə çatan kimi Yəmənin təhlükəsizlik qüvvələri onu həbs etməyə təşəbbüs göstərdilər amma qarşılıqlı atışmada Əli Abdullah Saleh və onu müşayiət edən başqa iki nəfər öldü və onun bəzi adamları da həbs edildi.”

Yəmənin paytaxtı son günlər Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin qüvvələrilə Ənsarullah hərəkatının tabeliyində olan qüvvələr arasında döyüşlərin şahidi olubdur.

Qeyd edək ki, Yəmənin sabiq diktatoru Əli Abdullah Salehson vaxtlar Ənsarullah hərəkatına qarşı fitnə və fəsad törədirdi. O, Ənsarullah tərəfindən irəli sürülən sülh və tərəfdaşlıq təkliflərini dəfələrlə təxirə salır və bu işdən boyun qaçırırdı. Onun Səudiyyə Ərəbistanı ilə açıq-aşkar əlaqəsi və BƏƏ-nin onu bir daha Yəməndə hakimiyyətə qaytarmaq üzrə gizli cəhdləri artıq Yəmən xalqına məlum idi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky