Yaxın Şərq Xəbərləri

Yəmən ordusu Səudiyyə rejiminin Patriot raket sistemini məhv etdi

Yəmən ordusu Səudiyyə rejiminin Patriot raket sistemini məhv etdi

Polkovnik Əziz Raşid, ordu və inqilabi xalq komitələrinin ölkənin qərbindəki bu uğurunu Yəmənin sonuncu nəsil ABŞ texnalogiyalarından daha mükəmməl nəticə göstərməsi kimi qiymətləndirib və xalq komitələri və raket qüvvələrinin ikinci böyük bir qələbəsi adlandırıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri ölkənin cənub qərbində Səudiyyə rejiminin Patriot PAC-3 raketdən müdafiə sistemini məhv edib.

Əl-Məsirə televiziyasının hazırladığı xəbərdə belə qeyd olunub: “Yəmən ordusunun artilleriya qoşunları və Hərbi Hava Qüvvələrinin birgə apardığı əməliyyat nəticəsində Səudiyyə rejiminə aid PAC-3 Patriot raket sistemi uğurla məhv edildi”.

Əl-Məsirəyə telefonla bağlanan Yəmən ordusunun vitse-spikeri polkovnik Əziz Raşid, Yəmən ordusunun işğalçı Səudiyyə rejiminin ən müasir havadan müdafiə sistemini məhv etdiyini təsdiqləyib. Polkovnik Əziz Raşid ordu və inqilabi xalq komitələrinin ölkənin qərbindəki bu uğurunu Yəmənin sonuncu nəsil ABŞ texnalogiyalarından daha mükəmməl nəticə göstərməsi kimi qiymətləndirib və xalq komitələri və raket qüvvələrinin ikinci böyük bir qələbəsi adlandırıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky