Yaxın Şərq Xəbərləri

Yəmən ordusu işğalçı Səudiyyə rejiminin daha bir PUA-sını vurdu

Yəmən ordusu işğalçı Səudiyyə rejiminin daha bir PUA-sını vurdu

Bu uğur ordunun və inqilabi xalq komitələrinin hava müdafiə qabiliyyətlərinin diqqətəçarpan dərəcədə inkişafını göstərir.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələri Saada əyalətinin hava məkanında kəşfiyyat uçuşu həyata keçirən Səudiyyə rejiminin işğalçı kolasiya qüvvələrinə məxsus bir PUA-nı vuraraq yerə salıblar.

Əl-Məsirə saytı xəbər verir ki, yəmənli hərbi mənbə havadan müdafiə qüvvələrinin Saadanın Zaher rayonunun hava məkanında işğalçı koalisiyanın PUA-sını vaxtında müəyyən etdiyini deyib.

Mənbə ordunun və xalq komitələrinin yerləşdiyi mövqeyi müəyyən etmək və daha sonra hava zərbəsi endirməkdən əvvəl PUA-nın vurulduğunu deyib.

Bu uğur ordunun və inqilabi xalq komitələrinin hava müdafiə qabiliyyətlərinin diqqətəçarpan dərəcədə inkişafını göstərir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky