Yaxın Şərq Xəbərləri

Yəmən ordusu: “Səudiyyənin təcavüzünə cavab olaraq kral sarayına ballistik raket atdıq”

Yəmən ordusu: “Səudiyyənin təcavüzünə cavab olaraq kral sarayına ballistik raket atdıq”

“Raket Yəmamə sarayında Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə yüksək vəzifəli rəsmilərin dövlətin illik büdcəsi müzakirəsi vaxtı nəzərə alınaraq atılıb”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən ordusunun raket qüvvələri Səudiyyə rejiminin Yəmənə qarşı təcavüzkarlığının 1000-ci günü səbəbilə Volcano 2-H (Burkan-2) ballistik raketlə Səudiyyə rejiminin paytaxtı Ər-Riyaddakı krallığın Yəmamə sarayını vurduqlarını açıqlayıb.

Yəmən ordusunun raket qüvvələrindən mötəbər mənbə açıqlamasında belə deyib: “Raket Yəmamə sarayında Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə yüksək vəzifəli rəsmilərin dövlətin illik büdcəsi müzakirəsi vaxtı nəzərə alınaraq atılıb”.

Mənbə raketin dəqiq müəyyən olunmuş hədəfə dəydiyini açıqlayıb.

Bu arada, Reuters xəbər agentliyi müxbiri gurultulu bir partlayış səsi eşitdiklərini və həmin vaxt paytaxt Ər-Riyadın səmasında tüstünün yüksəldiyini deyib.

Xəbərdə eşidilən gurultulu səs və havaya qalxan böyük tüstü ilə bağlı Səudiyyə rejiminin rəsmiləri tərəfindən heç bir açıqlama verilmədiyi də qeyd olunub.

Yəmən ordusunun spikerinin müavini polkovnik Əziz Rəşid paytaxt Sənadakı prezident sarayına hücumdan sonra, Yəmənə qarşı işğalçı koalisiyada iştirak edən dövlətlərin krallıq saraylarının daha təhlükəsiz yer sayılmayacağını bildirmişdi.

Xatırladaq ki, Səudiyyə rejiminin koalisiyasının döyüş təyyarələri dekabrın 4-ü Yəmənin paytaxtı Sənadakı prezident sarayını raket hücumları ilə dağıtmışdı və hücumda ətrafdakı yaşayış evlərinə də ciddi zərər dəymişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky