Yaxın Şərq Xəbərləri

Səudiyyə Yeni İldə Yəməndə qətliam törətdi 2-si uşaq olmaqla 34 nəfər Şəhid edildi - Foto

Səudiyyə Yeni İldə Yəməndə qətliam törətdi 2-si uşaq olmaqla 34 nəfər Şəhid edildi - Foto

Endirilən aviazərbələr nəticəsində 2 azyaşlı uşaq olmaqla, 34 nəfər həyatını itirib, onlarla mülki vətəndaş isə yaralanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin Hudeyda vilayətində yerləşən bazar ərazisinə aviazərbələr endirib.

Endirilən aviazərbələr nəticəsində 2 azyaşlı uşaq olmaqla, 34 nəfər həyatını itirib, onlarla mülki vətəndaş isə yaralanıb.

Avizərbələr nəticəsində mülki vətəndaşlara məxsus obyektlərin dağıdıldığı bildirilir.

Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. 2 milyondan artıq yəmənli məcburi köçkün vəziyyətindədir.

Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky