Yaxın Şərq Xəbərləri

Husilərin Səudiyyə Ərəbistanına cavabı gecikmədi - "Qahir-M2" ilə vurdular

Husilərin Səudiyyə Ərəbistanına cavabı gecikmədi -

Səudiyyənin Cizan əyalətindəki Moça bölgəsində yerləşən ordu birləşməsinin mənzil qərargahına raket hücumu zamanı çox sayda Səudiyyə əsgəri öldürülüb. Bundan başqa, Yəmənin cənubunda yerləşən limana "Qahir-M2" ballistik raketi atılıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəməndə "Ənsarullah" hərəkatının döyüşçüləri Səudiyyə Ərəbistanının mövqelərinə "Qahir-M2" ballistik raketləri ilə zərbələr endiriblər.

Səudiyyənin Cizan əyalətindəki Moça bölgəsində yerləşən ordu birləşməsinin mənzil qərargahına raket hücumu zamanı çox sayda Səudiyyə əsgəri öldürülüb.

Bundan başqa, Yəmənin cənubunda yerləşən limana "Qahir-M2" ballistik raketi atılıb.

Qeyd edək ki, dünən Səudiyə Ərəbistanı başda olmaqla, koalisiya qüvvələri Yəməndə toy evini bombardman edib. Aviazərbələr nəticəsində azı 20 dinc sakin həlak olub, daha 40 nəfəri isə yaralanıb. Hadisə Həcca vilayətində baş verib. Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin Hudeydə şəhərinə hava zərbələri nəticəsində isə Yəmən Ali İnqilab Şurasının sədri Saleh əl-Səməd həyatını itirib. Bu haqda Yəmənin "Al-Masirah" televiziyası dünən məlumat verib. Onun yerinə Mehdi əl-Məshət Ali İnqilab Şurasının sədri təyin olunub. Bu gün Yəmən Müdafiə Nazirliyi "Ənsarullah" hərəkatının yüksək səviyyəli rəsmisi Saleh əl-Səmədin sui-qəsdinə sarsıdıcı cavab verəcəklərini açıqlayıb.

Xatırladaq ki, Səud başda olmaqla koalisiya qüvvələri 2015-ci ildən bəri 3 il ərzində Yəmənə 16847 hava hücumu həyata keçirib ki, bu da təqribən gündə 15 aviazərbə edir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi hesab edir ki, ərəb koalisiyasının hava hücumları münaqişənin başlanğıcından bəri bütün mülki itkilərin 61 faizinin ölümünə səbəb olub.

Yardım üzrə beynəlxalq agentliklər bildirirlər ki, Yəməndə humanitar böhran gündən-günə pisləşir. Ölkədə fəaliyyət göstərən yardım qrupları bəyan ediblər ki, 8 milyon insan aclıq həddindədir, 1 milyondan artıq insan vəbaya yoluxub və 1300-dən artıq difteriyaya yoluxma halı qeydə alınıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky