Yaxın Şərq Xəbərləri

Husilər Yəməndə ABŞ səfirliyinin əməkdaşlarını əsir götürdü

Husilər Yəməndə ABŞ səfirliyinin əməkdaşlarını əsir götürdü

Ənsarullah Təşkilatının (sabiq Husi qiyamçıları) Təhlükəsizlik Xidməti uzun illərdən bəri bu ölkənin daxili işlərinə dəxalət edən və hətta bu ölkəyə qarşı hərbi əməliyyatlar keçirən imperialist ABŞ-ın Sənadakı səfirliyinin 3 əməkdaşını tutaraq naməlum istiqamətə aparıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmən Müqavimət Hərakatı olan Ənsarullah Təşkilatının (sabiq Husi qiyamçıları) Təhlükəsizlik Xidməti uzun illərdən bəri bu ölkənin daxili işlərinə dəxalət edən və hətta bu ölkəyə qarşı hərbi əməliyyatlar keçirən imperialist ABŞ-ın Sənadakı səfirliyinin 3 əməkdaşını tutaraq naməlum istiqamətə aparıb.

RİA "Novosti” -nin verdiyi məlumata görə, bir müddət əvvəl qiyamçılar BMT-nin Yəməndəki Humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin və ABŞ-ın Sənadakı səfirliyinin 12 əməkdaşını saxlamışdır.

BMT-nin Yəməndəki Humanitar məsələlər üzrə əlaqələndirmə ofisi isə, əməkdaşlarının tutulması barədə yayılan xəbəri təkzib etmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky