Yaxın Şərq Xəbərləri

Ənsarullah: “ABŞ dünya ictimaiyyətini Qüdsdən yayındırmağa çalışır”

Ənsarullah: “ABŞ dünya ictimaiyyətini Qüdsdən yayındırmağa çalışır”

Məhəmməd Əbdüs-Salam: ABŞ ilə Səudiyyə rejimi Yəmən xalqını qətliam etdiklərinə görə, gec və ya tez cavab verəcəklər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin ortaya atdığı iddiaların Yəməndə baş verənlərin əslində ABŞ müharibəsi olduğunu sübut etdiyini bildirib.

Məhəmməd Əbdüs-Salam açıqlamasında belə deyib: “ABŞ dünya ictimaiyyətini işğal altında olan Qüds məsələsindən yayındırmağa çalışır”.

Amerikanın regionda malik olduğu müttəfiqlərinin Yəməndə məğlubiyyətə düçar olduğu üçün məyusluq keçirdiyini söyləyən sözçü, ABŞ ilə Səudiyyə rejiminin Yəmən xalqını qətliam etdiklərinə gec və ya tez cavab verəcəklərini bildirib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky