Biz Hamımız Zəkzəkiyik

Şeyx Zakzaki ilə xanımına tibbi yardım edilməlidir – Müsahibə

Əsl həqiqət budur ki, Nigeriya hökuməti Səudiyyə Ərəbistanı, ABŞ və ya Sionistlər ilə sıx bir əlaqəyə malikdir.

  • News Code : 864960
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Adəm Suho: “Nigeriya hökuməti məhkəmə işlərinə qarışır. Bu baxımdan bəzi yurisdiksiyalı orqanlar Nigeriya hökumətinə bağlıdırlar, lakin buna baxmayaraq bəziləri Şiələrin xüsusilə də Şeyx Zakzaki ilə xanımının hüquqlarını dəstəkləyirlər. Xülasə olaraq, demək istəyirəm ki, Nigeriyada işləyənlərin böyük bir hissəsi vəhhabi və sələfi dairələrinə bağlı olanlardır.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şeyx Zakzakinin, son vəziyyətilə bağlı Nigeriya İslam Hərəkatının yüksək səviyyəli üzvlərindən olan Adəm Suho Mehr Xəbər Agentliyinə müsahibə verib.

Məhəmməd Fatemizadə: İki il bundan əvvəl Nigeriya ordusu həyata keçirtdiyi qəddarcasına bir hücumda, Şeyx Zakzakinin evini talan etdi və Şiə liderinin tərəfdarlarıyla sərt bir qarşıdurma yaşandı. 2000 adam öldürdü. Bu qətldən sonra Nigeriya ordusu şəhidlərin cəsədlərini kütləvi məzarlıqda topluca basdırmağa çalışdı.

Əlavə olaraq, son iki ildə Nigeriyanın hər tərəfində xalq Şeyxi müdafiə etmək üçün küçələrə axışdılar. Bu üsyanlar yalnız müsəlman seqmenti ilə məhdudlaşmadı, həm də xristian dünyasına nüfuz edərək daha geniş çərçivədə etirazlar baş verdi. Davamlı sürətdə həyata keçən bu mitinqlərin nəticəsində Nigeriya Ali Məhkəməsi Şeyx İbrahim Zakzaki və həyat yoldaşının 45 gün sonra sərbəst buraxılmasına qərar verdi. Lakin Nigeriya rejimi bu qərarın tətbiqini bu günə qədər dayandırıb.

Bu istiqamətdə Şeyx Zakzakinin son vəziyyəti barədə məlumat əldə etmək üçün Nigeriya İslam Hərəkatının baş katibi Adəm Suho ilə müsahibəni saytımızın ziyarətçiləri olan siz əzizlərimizə təqdim edirik:

Şeyx Zakzaki ilə həyat yoldaşının durumu ilə bağlı son məlumatları bizimlə bölüşə bilərsinizmi?

-Şeyx Zakzaki və həyat yoldaşının vəziyyəti əvvəlki kimi dəyişməz olaraq qalır; yəni Şeyx evinə edilən hücum nəticəsində sol gözünü itirir və sağ gözündə böyük bir ziyan əmələ gətirib. Qısası Şeyxlə xanımının sağlamlığı yoxlanılmalıdır. Nigeriya hökuməti tibbi müdaxiləyə icazə vermir, çünki Şeyx Zakzakinin rejimin əleyhinə olan informasiyanın qıra ötürə biləcəyindən qorxur.

* Nigeriya hökumətinin Səudiyyə Ərəbistanı ilə Qərb arasındakı əlaqələrini necə qiymətləndirirsiniz?

- Əsl həqiqət budur ki, Nigeriya hökuməti Səudiyyə Ərəbistanı, ABŞ və ya Sionistlər ilə sıx bir əlaqəyə malikdir. Çünki onların hamısı nigeriyalı şiələrə qarşı çıxır; Livanda, Suriyada və İraqda olduğu kimi.

* Nijeryanın Ali Məhkəməsi keçən il Şeyxi azad etməyə qərar verdi, lakin bu qərardan bir il keçməsinə baxmayaraq bu mövzuda heç bir irəliləyiş görmədik. Sizcə, bu məhkəmə Nigeriya hökumətinin təzyiqi altındadır?

-Nigeriya hökuməti məhkəmə işlərinə qarışır. Bu baxımdan bəzi yurisdiksiyalı orqanlar Nigeriya hökumətinə bağlıdırlar, lakin buna baxmayaraq bəziləri Şiələrin xüsusilə də Şeyx Zakzaki ilə xanımının hüquqlarını dəstəkləyirlər. Xülasə olaraq, demək istəyirəm ki, Nigeriyada işləyənlərin böyük bir hissəsi vəhhabi və sələfi dairələrinə bağlı olanlardır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky