Biz Zəkzəkiyik!

Şeyx Zəkzəki insult keçirib, müalicəsi üçün xaricə getməlidir – Nəsibə Zəkzəki

Şeyx Zəkzəki insult keçirib, müalicəsi üçün xaricə getməlidir – Nəsibə Zəkzəki

Nəsibə Zəkzəki deyib: “Bütün dünya xalqlarının Nigeriyanın şəraiti və Şeyx Zəkzəkinin durumu haqda məlumat toplaması zəruridir. Şeyx insult keçirib. Onun müalicə olunması üçün tam mütəxəssis bir həkimə ehtiyac vardır. Dövlətin təyin edəcəyi həkimlərə (bu günə kimi heç bir həkim təyin olunmayıb) heç bir ümid yeri yoxdur.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya İslam Hərakatının Lideri Şeyx İbrahim Zəkzəkinin qızı deyib: “Şeyx Zəkzəki ağır xəstədir və insult keçiribdir. Lakin bununla belə Nigeriya höküməti tərəfindən onun müalicəsi üçün heç bir profilaktik tədbirlər görülməyibdir.”

Nəsibə Zəkzəki deyib: “Bütün dünya xalqlarının Nigeriyanın şəraiti və Şeyx Zəkzəkinin durumu haqda məlumat toplaması zəruridir. Şeyx insult keçirib. Onun müalicə olunması üçün tam mütəxəssis bir həkimə ehtiyac vardır. Dövlətin təyin edəcəyi həkimlərə (bu günə kimi heç bir həkim təyin olunmayıb) heç bir ümid yeri yoxdur.”

Şeyx Zəkzəkinin qızı deyib: “Nigeriya kasıb bir ölkədir və insanların çoxu mülicə almaq, yaxud əməl olunmaq üçün ölkə xaricinə gedirlər. O cümlədən Şeyxin müalicəsi üçün onun xaricə aparılmasına ehtiyac duyulur. Amma güman etmirəm ki, Nigeriya rejimi buna imkan yarada. Çünki mövcud rejim nə atamı azad etmək və nə də ona müalicə üçün xaricə getməyinə imkan yaradacaqdır.”

Nəsibə Zəkzəki deyib: “Şeyxin azad edilməsi üçün ölkənin müxtəlif şəhər və qəsəbələrdində etiraz aksiyalarının davamlı keçirilməsinə rəğmən Nigeriya höküməti heç bir müsbət addım atmayıb, əksinə ötən gün baş verən mitinqdə polis zorakılıq işlədərək üç etirazçını Şəhid etmiş və onlarla günahsız insanı yaralamışdır.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky