Biz Zəkzəkiyik

Nigeriya xalqı Şeyx Zəkzəkinin azadlığı və Rohingiya müsəlmanlarına edilən zülmüin dayandırılması üçün küçələrə çıxdı– Foto

  • News Code : 854553
  • Source : Deyerler “İslamicmovement”-ə istinadən
Mitinq iştirakçıları, həmçinin Myanma rejiminin Arakan müsəlmanlarına qarşı qətliamını qınayıblar və beynəlxalq ictimaiyyətdən bu cinayətlər qarşısında sükut etməyi dayandırmasını tələb ediblər.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriyada Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azad edilməsi və rohinqiyalı müsəlmanlara qarşı zülmün dayandırılması tələbilə xalq yenidən küçələrə axışıb.

Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə Zariyada keçirilən yürüş mitinqlərində iştirak edən minlərlə nigeriyalı Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Nümayişçilər əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyaraq, Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Mitinq iştirakçıları, həmçinin Myanma rejiminin Arakan müsəlmanlarına qarşı qətliamını qınayıblar və beynəlxalq ictimaiyyətdən bu cinayətlər qarşısında sükut etməyi dayandırmasını tələb ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky