Biz Zəkzəkiyik!

Nigeriya rejimi Şeyx Zəkzəkiyə dəstək yürüşünün 2 iştirakçısını Şəhid etdi – Foto

Şeyx Zəkzəkinin qızı deyib: “Atam ciddi sürətdə zəifləşib və bu zəifləşmə son 7 gün ərzində daha da kəskinləşib. Belə ki, atam bəzi əşyaları belə qaldıra bilmir. Onun bir gözü və bir əli sıradan çıxıb. Danışarkən bəzi kəlmələri belə düzgün tələffüz edə bilmir...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəkinin qızı atasının fiziki vəziyyətinin pisləşməsini bildirib. O, atasının rejim tərəfindən ciddi şəraitdə saxlanılığını və ona xəstəxanada müalicə almasına və yaxud həkimə müraciət etməsinə belə icazə verilmədiyini bildirib.

Şeyx Zəkzəkinin qızı deyib: “Atam ciddi sürətdə zəifləşib və bu zəifləşmə son 7 gün ərzində daha da kəskinləşib. Belə ki, atam bəzi əşyaları belə qaldıra bilmir. Onun bir gözü və bir əli sıradan çıxıb. Danışarkən bəzi kəlmələri belə düzgün tələffüz edə bilmir...”

Qeyd edək ki, Şeyx Zəkzəkinin qızının bəyanatından sonra Nigeriyanın Kano, Kaduna, Katsina və Zariya şəhərlərində xalq kütləsinin etiraz aksiyaları səngimir.

Küçəyə çıxan nigeriyalı Şiələr Nigeriya İslam Hərakatının Lideri Şeyx Zəkzəki və xanımı barədə federal ali məhkəmənin qəbul etdiyi qərarın icra olunmasını və Şeyx başda olmaqla qanunsuz həbsə salınmış Şiələrin dərhal azadlığa buraxılmasını tələb ediblər. Kaduna şəhərində keçirilən mitinqə Nigeriya polisi sərt müdaxilə edib. Və nümayişçilərdən 2-si şəhid olub, 3-ü ağır olmaqla onlarla etirazçı yaralanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
We are All Zakzaky