Biz Zəkzəkiyik!

Nigeriya polisinin Şəhid etdiyi Şiənin dəfn mərasimində daha 2 Şiə Şəhid edildi – Foto

Nigeriya polisinin Şəhid etdiyi Şiənin dəfn mərasimində daha 2 Şiə Şəhid edildi – Foto

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı qaynar sudan istifadə etməklə su şırnaqları ilə, həqiqi güllə və zəhərli kimyəvi qaz ilə müdaxil edib. Ən azı iki nəfər həlak olub, nəticədə yaralanıb və bir çoxları həbs edilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist rejimin tələbi, Səudiyyə rejiminin dollarları ilə, dəstəklənən Nigeriya rejiminin ölkədəki Şiə toplumuna qarşı genosid siyasətləri səngimir.

Belə ki, 16 aprel tarixində Şiələr ölkədəki anti-Şiə siyasətlərə son qoyulması üçün paytaxt Abucada növbəti sülhməramlı mitinq keçiriblər. Lakin həmişəki kimi bu dəfə də, mitinq Nigeriya polisi tərəfindən zorakılıqla dağıdılıb.

Başından güllələnən Əhli-Beyt (ə) ardıcılı Şahid Əhməd Rufai Abubakarın aprelin 23-ü cənazə mərasimi keçirilib.

Şeyx Sansui Əbdülqədir imamlığı ilə qılınan cənazə namazından sonra, nigeriyalı Şiələr cənazə ilə Milli İnsan Hüquq Komissiyasının ofisinə yürüş keçiriblər. İMN nümayəndəsi Polis təşkilatının insan hüquqlarının pozulması ilə əlaqədar şikayətlərini Milli İnsan Komissiyasına təqdim etməsi vaxtı, polis Şeyx Zəkzəki tərəfdarlarına qarşı atəş açıb. Ən azı iki nəfər həlak olub, nəticədə yaralanıb və bir çoxları həbs edilib.

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı qaynar sudan istifadə etməklə su şırnaqları ilə, həqiqi güllə və zəhərli kimyəvi qaz ilə müdaxil edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky