Biz Zəkzəkiyik!

Nigeriya Polisindən Şiə vətəndaşlara sərt müdaxilə, 1 Şiə Şəhid oldu və 30 nəfər yaralandı - Foto

Nigeriya İslami Hərəkatı sözçüsü İbrahim Musa, Fransa Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib: "Nigeriya polisi bir həftədir davam edən etirazları dağıtmaq üçün gözyaşardıcı qaz, stoma və gerçək güllə istifadə edib və bu hadisələr nəticəsində bir nəəfər Şəhid olub, otuz adam yaralanıb, 230 adam isə həbs olunub".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, polis qüvvələri Abucadaki Şeyx Zakzaki tərəfdarlarına sərt müdaxilə edib.

Bu haqda açıqlama verən Nigeriya polisinin sözçüsü bildirib ki, Nigeriya İslami Müqavimət Hərakatının lideri Şeyx İbrahim Zakzakini dəstəkləyənlərdən ən azı 115 nəfəri həbs olunub.

Abuca polisinin sözçüsü, Şeyx Zakzaki tərəfdarlarının polis qüvvələrinə, trafik barrikadalarına və bəzi mağazalara hücum etdiyini və 22 polis məmurunun yaraladığını iddia edib.

Abuca polisinin sözçüsü bu iddiaları irəli sürərrkən, Nigeriya İslami Hərəkatı sözçüsü İbrahim Musa, Fransa Xəbər Agentliyinə verdiyi müsahibədə bildirib: "Nigeriya polisi bir həftədir davam edən etirazları dağıtmaq üçün gözyaşardıcı qaz, stoma və gerçək güllə istifadə edib və bu hadisələr nəticəsində bir nəəfər Şəhid olub, otuz adam yaralanıb, 230 adam isə həbs olunub".

İbrahim Musa, bu hərəkətin üzvlərindən birinin vəziyyətinin ağır olduğunu və baş nahiyyəsinin qırıldığını ifadə edərək deyib: "Şeyx Zakzaki sərbəst buraxılana qədər etirazlar davam edəcək. Təhlükəsizlik qüvvələrinin və polisin zülmü bizi hüququmuzun tələb olunmasından çəkindirməyəcək".

Sosial şəbəkələrdə nəşr olunan şəkillər isə göstərir ki, polis Şeyx Zakzakini dəstəkləyənlərə qarşı tomalarla və göz yaşartıcı qazlarla hücum edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına müraciəti
پیام امام خامنه ای به مسلمانان جهان به مناسبت حج 2016
We are All Zakzaky