Biz Zəkzəkiyik!

Minlərlə nigeriyalı paytaxt küçələrində Şeyx Zəkzəkiyə azadlıq tələb etdi – Foto

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması tələbilə yenidən küçələrə çıxıb.

Məlumata görə, Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə paytaxt Abuca küçələrində keçirilən yürüş mitinqi Federal Katiblik və Parlament binasının qarşısında başa çatıb.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.

Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Quds cartoon 2018
We are All Zakzaky